Neftçala rayonunun Ərəbqardaşbəyli, Tatarməhlə və Boyat kəndlərində modul tipli su təmizləyici qurğulara baxış keçirilib
12 Mart 2009, 00:00
“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006”“2010”“cu illər üzrə Kompleks Tədbirlər Planı”na uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007”“ci il 20 iyun tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub.
Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli su təmizləyici qurğuların quraşdırılması hesabına 166 min kənd əhalisinə verilən su Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənəcək.
Sərəncamın icrası olaraq artıq 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi təmiz içməli su ilə təmin olunub.
Hazırda Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Naxçıvan MR-nın Babək və Şərur rayonlarının 50 yaşayış məntəqəsinə qənaət olunmuş vəsait hesabına 10 kənd də əlavə olunmaqla, ümumilikdə, 60 yaşayış məntəqəsinin 140 min əhalisinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir.
2009-cu il 12 mart tarixində Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində gün ərzində 30 m3, Tatarməhlə və Boyat kəndlərində isə gün ərzində 20 m3 su təmizləmə gücünə malik Cənubi Koreyanın “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı su təmizləyici qurğulara baxış keçirilib.
Quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Neftçala rayonunun Ərəbqardaşbəyli kəndinin 430 nəfər əhalisi 6 bulaq, Tatarməhlə kəndinin 520 nəfər əhalisi 6 bulaq, Boyat kəndinin 1153 nəfər əhalisi isə 10 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək.