Xəbərlər

Salyan rayonunun Boranıkənd, Sarvan və Marışlı kəndlərinin əhalisi ekoloji cəhətdən təmiz içməli sudan istifadə edəcək

27 Fevral 2009, 00:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006”“cı il 28 sentyabr tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006”“2010”“cu illər üzrə Kompleks Tədbirlər Planı”nın həyata keçirilməsi və ətraf mühitin sağlamlaşdırılması istiqamətində məqsədyönlü iş aparılır.
Kompleks Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007”“ci il 20 iyun tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub.
Qeyd olunan Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli su təmizləyici qurğuların quraşdırılması hesabına 166 min kənd əhalisinə verilən su Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənəcəkdir.
Sərəncamın icrası olaraq artıq 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi təmiz içməli su ilə təmin olunub.
Hazırda Ağcabədi, Biləsuvar, Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala, Naxçıvan MR-nın Babək və Şərur rayonlarının 50 yaşayış məntəqəsinə qənaət olunmuş vəsait hesabına 10 kənd də əlavə olunmaqla, ümumilikdə, 60 yaşayış məntəqəsinin 140 min əhalisinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir.
2009-cu il 27 fevral tarixində Salyan rayonunun Boranıkənd, Sarvan və Marışlı kəndlərində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı su təmizləyici qurğuların açılış mərasimi keçirilib.
Gün ərzində 40 m3 su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Boranıkənd kəndinin 2020 nəfər əhalisi 16 bulaq, gün ərzində 50 m3 su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Sarvan kəndinin 2467 nəfər əhalisi 11 bulaq, gün ərzində 40 m3 su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Marışlı kəndinin 2020 nəfər əhalisi isə 12 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək.