Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsi (fevral ayının II ongünlüyü üçün)
25 Fevral 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevral ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Fevral ayının II ongünlüyündə Kür çayında suyun sərfi I ongünlüyə nisbətən artmışdır.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenol 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olmuşdur.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Belə ki, suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz məntəqəsində 3, I Şahsevən və Bəhramtəpə məntəqələrində 2 dəfə, mis birləşmələri isə Horadiz məntəqəsində 4, Bəhramtəpədə 2, I Şahsevəndə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Həmin məntəqələrdə neft məhsullarının miqdarı norma daxilində olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.98-9.4 mq/l arasında dəyişərək sanitar norma daxilində olmuşdur.