Xocalı rayonunun işğalından 17 il keçir
23 Fevral 2009, 00:00
Sahəsi 93688 hektar olan Xocalı rayonu 1992-ci il 26 fevral tarixində erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Rayonun işğalından 17 il keçir.
Xocalı rayonunun Bədərə çayı hövzəsində “Yeddi kilsə” adlanan ərazidə-Pirkal meşəçiliyində fıstıq-palıd meşələri xüsusi olaraq qorunurdu.
Xocalı rayonu ərazisində təsdiq edilmiş ehtiyatları 32 min m3 və 2039 min m3 olan, istismara cəlb olunan Zərinbağ və Ağçay üzlük daşı yataqları; ehtiyatları 12434 min ton olan, istismara cəlb olunan qırmadaş və əhəng istehsalına yararlı Şuşa əhəngdaşı yatağı; ehtiyatları 962 min m3 olan və kərpic istehsalına yararlı Xocalı gil yatağı; ehtiyatları 7280 min m3 olan Xankəndi (Əskəran qrupu) qum-çınqıl qarışığı yatağı; istismar ehtiyatları 9 min m3/gün olan Xankəndi yeraltı şirin su yatağı mövcuddur.
Xocalı rayonunun yeraltı su ehtiyatlarını öyrənmək məqsədilə 1982-1983-cü illərdə rayonun ərazisində hidrogeoloji tədqiqatlar aparılmış və 4 sahə üzrə yeraltı suların ehtiyatı ilkin olaraq 143,4 min m3/gün həcmində qiymətləndirilmişdir. 1990-cı ildə Xankəndi şəhərinin su təchizatı ilə əlaqədar olaraq keçmiş SSRİ-nin Geologiya Komitəsində 48,3 min m3/gün həcmində-Qarqarçayın məcrəaltı (39,3 min m3/gün) və Yura çöküntülərinin (9 min m3/gün) yeraltı su ehtiyatları təsdiq olunmuşdur.