Atmosfer havasını çirkləndirdiklərinə görə bir sıra müəssisələr cərimələnib
04 Fevral 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi xidməti ərazidə ”“ Qobustan, Abşeron, Sumqayıt və Xızı inzibati rayonlarında yer təkinin, su mühitinin, atmosfer havasının, torpaqların, ətraf mühitin, flora və faunanın mühafizəsi sahəsində fəaliyyət göstərir. İl ərzində şöbənin əməkdaşları tərəfindən mövcud qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb və bir sıra qanun pozuntuları aşkar edilib.
Aparılan araşdırmalar nəticəsində Sumqayıt inzibati rayonunun “Yaşıl dərə” massivində, eləcə də, 2 və 6-cı mikrorayonlarda yaşköküstə ağacların kəsilməsi faktları aşkar edilib, faktlarla bağlı 10 nəfər cavabdeh şəxsə 720,99 manat məbləğində iddia və 5582 manat məbləğində cərimə tətbiq edilib. “Yaşıl dərə” massivində torpaq sahəsinin zəbti və çoxsaylı ağac kəsintisi faktı üzrə tərtib edilmiş sənədlər tədbir görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilib.
Floranın mühafizəsi sahəsində 22 akt və 10 protokol tərtib edilib, cavabdeh şəxslərə 911 manat 47 qəpik məbləğində iddia, 10 cavabdeh şəxsə isə 7397 manat 50 qəpik məbləğində cərimə tətbiq edilib.
Sumqayıt, Abşeron və Xızı rayonları ərazisində qanunsuz qum və çınqıl daşınması faktları üzrə il ərzində 12 akt və 4 protokol tərtib olunub, 6 nəfər 5580 manat məbləğində inzibati qaydada cərimələnib, 3560,50 manat məbləğində 14 iddia qaldırılıb, icra üçün 8 məcburi göstəriş verilib, 3 iş isə məhkəmə orqanlarına göndərilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.13.92-ci il tarixli 122 saylı qərarına müvafiq olaraq atmosfer havasını çirkləndirdiklərinə görə ayrı-ayrı müəssisələrə (“Sumqayıt Alüminium”, “Alov metal-1”, “Qranit-B”, “Samuray”, “Turan-98”, “Həyat-T”, “Fariz-99” firmaları, “Metakom”, “Hazar-Türk”, “Kənd K”, “Tac Holdinq”, “Metallurq”, “İdeal Dizayn”, “Azvud”, “İSN kompaniya”, “OKSSS”, “Klaskərpic”, “Mahmud KFT”, “Emin-M”, “Xəzər-A”, “Aysu Qida Sənaye”, “Tam Qida Sənaye”, “Aseno KO”, “İpək Yolu”, “Türk Xəzər”, “Daşqın”, “Azərkörpü”, MMC-lər, “Kismet” LTD, “Bəxtiyar” aqrokimya müəssisəsi və s.) 55950 manat 25 qəpik iddia və 38105 manat 62 qəpik ödəmə tətbiq olunub.
Atmosfer havasının çirklənməsinə görə 78 məcburi göstəriş verilib, 10 vəzifəli şəxs 49225 manat məbləğində cərimələnib, 2 iş isə tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə göndərilib.
2008”“ci il ərzində məişət-çirkab axıntı suları üzərində mütəmadi müşahidə və analitik nəzarət həyata keçirilib, aparılan araşdırma, monitorinq və reydlər nəticəsində su hövzələrindən 1048 nümunə götürülərək təhlil edilib. Bu sahə üzrə 10 akt və protokol tərtib olunub, 3 cavabdeh şəxs 20350 manat məbləğində inzibati qaydada cərimələnib. Su hövzəsinin çirklənməsi müqabilində ayrı-ayrı müəssisələrə 180789 manat 30 qəpik məbləğində iddia və 18789 manat 60 qəpik məbləğində ödəmə tətbiq edilib, icra üçün 7 məcburi göstəriş verilib.