Elmi, siyasi, idman və rəmzi əhəmiyyət daşıyan ilk “Azərbaycan-Antarktida” ekspedisiyası uğurla başa çatdı
27 Yanvar 2009, 00:00
2008-ci il 24 dekabr tarixində Bakıdan yola düşən Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi “Azərbaycan-Antarktida” ekspedisiya qrupu bölgədə müşahidə olunan güclü tufan və həddindən artıq şiddətli, şaxtalı hava şəraitinə baxmayaraq 2009-cu il yanvar ayının 26-da Cənub qütbünə çatmağa müvəffəq oldu.
Azərbaycanın Antarktidaya yollanmış ilk ekspedisiya qrupunun “İridium” peyk sistemi vasitəsi ilə verdiyi məlumata görə, ekspedisiya üzvləri Azərbaycan bayrağını, eləcə də bir üzündə Ulu Öndər Heydər Əliyevin şəkli, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri, digər tərəfində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəkli, “Azərbaycan İlhamla irəli” sözləri yazılmış bürünc lövhələri 2009-cu ilin 12 yanvar tarixində Vinson dağına, 26 yanvar tarixində isə Cənub qütbünə sancıb.
Cənub qütbünün yaxınlığındakı Amerikanın “Amundsen-Scott” bazasına dəvət olunan ekspedisiya üzvlərinə orada məlum olub ki, Azərbaycan ekspedisiyası islam, türk və MDB ölkələrindən Cənub qütbünə piyada, xizək və buzda yerimək üçün qırmaqlı çəkmədən istifadə etməklə çatan ilk qrupdur.
Xatırladaq ki, ilk “Azərbaycan-Antarktida” ekspedisiya qrupu orta temperaturu təxminən mənfi 35-40 dərəcə olan buzlu qitənin ərazisində elmi-tədqiqat işləri həyata keçirib, iqlim və meteoroloji proseslərlə bağlı 500-dən artıq müşahidə-ölçmə işləri aparıb.
Bununla da, ekspedisiyanın elmi, idman, siyasi və rəmzi əhəmiyyət daşıyan bütün vəzifələri 100 faiz yerinə yetirilib.