ANTARKTİDANIN ƏN YÜKSƏK ZİRVƏSİNƏ ”“ VİNSON DAÄžINA AZƏRBAYCANIN BAYRAÄžI SANCILMIŞDIR
14 Yanvar 2009, 00:00
Bakı, 14 yanvar (AzərTAc). Azərbaycanın Antarktidaya yollanmış ilk ekspedisiya qrupunun üzvləri qitənin ən yüksək zirvəsini - Vinson dağını (5140 metr) fəth etmişlər. Ekspedisiya qrupu yanvarın 12-də Çili vaxtı ilə saat 19.00-da (Bakı vaxtı ilə 11.00-da) zirvəyə yürüşü başa çatdıraraq, orada Azərbaycan bayrağını sancmış, habelə bir üzündə ulu ondər Heydər Əliyevin şəkli olan və “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri, o biri üzündə isə Azərbaycan Prezidenti İlham Əliyevin şəkli və “Azərbaycan, İlhamla irəli!” sözləri yazılmış bürünc lövhə bərkitmişlər.
Ekspedisiya qrupu bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə peyk rabitəsi vasitəsilə məlumat vermişdir. Dövlətimizin başçısı bu tarixi hadisə ilə əlaqədar onları təbrik etmiş, gələcək tədqiqat işlərinin davam etdirilməsində uğurlar arzulamışdır.
Xatırladaq ki, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırovun başçılığı ilə 2008-ci il dekabrın 24-də Bakıdan yola düşən Azərbaycan-Antarktida ekspedisiya qrupu dekabrın 30-da Çilinin Punta Arenas şəhərindən bu ölkənin Antarktidadakı Patriot-Hills stansiyasına yollanmışdı. Ekspedisiya üzvləri təyinat yerinə çatanadək elmi tədqiqat işləri, 300-dən çox meteoroloji müşahidə aparmış, 2 kiloqramadək müxtəlif qiymətli geoloji nümunələr toplamışlar.
Hazırda ekspedisiya qrupu Cənub qütbünə doğru irəliləyir və elmi tədqiqat işlərini, qiymətli geoloji materialların toplanmasını davam etdirəcəkdir.