Antarktidaya ilk Azərbaycan ekspedisiyası
13 Yanvar 2009, 00:00
2008-ci il 24 dekabr tarixində Bakıdan yola düşən Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti H.Bağırovun başçılıq etdiyi “Azərbaycan-Antarktida” ekspedisiya qrupu 30 dekabr tarixdən Çilinin Punta Arenas şəhərindən Antarktidadakı Patriot-Hills stansiyasına doğru istiqamət götürmüşdür.
Adı çəkilən məntəqədən hədəfə doğru irəliləyən ekspedisiya üzvləri tərəfindən buzlu qitənin ərazisində elmi-tədqiqat işləri həyata keçirilmiş, iqlim və meteoroloji proseslərlə bağlı 300-dən artıq müşahidə-ölçmə işləri aparılmış, yol boyu 2 kq-dək qiymətli geoloji nümunələr götürülmüşdür.
Qeyd edək ki, bölgədə müşahidə olunan güclü tufan və həddindən artıq şiddətli, şaxtalı hava şəraitinə görə ekspedisiya qrupu bir neçə gün gözləməyə məcbur olmuş və yalnız 12-ci gün Antarktidanın ən yüksək nöqtəsi olan Vinson dağının zirvəsinə çatmışdır.
Ekspedisiya qrupunun “İridium” peyk sistemi vasitəsi ilə verdiyi məlumata görə, Azərbaycanın Antarktidaya yollanmış ilk ekspedisiya qrupu dəniz səviyyəsindən 5140 metr yüksəklikdə yerləşən Vinson dağına yürüşü başa çatdırmışdır.
Ekspedisiya üzvləri Azərbaycan bayrağını, eləcə də bir üzündə Ulu Öndər Heydər Əliyevin şəkli, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri və digər tərəfində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəkli, “Azərbaycan İlhamla irəli” sözləri yazılmış bürünc lövhəni 12 yanvar 2009-cu il tarixində Bakı vaxtı ilə saat 11-00-da Vinson dağının zirvəsinə sancmışlar.
Cənub qütbünə doğru irəliləyən ekspedisiya qrupu elmi-tədqiqat işlərini davam etdirəcəkdir.