1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 390 akt və 57 inzibati protokol tərtib edib
12 Yanvar 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları 2008-ci il ərzində inzibati ərazidə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara, Yardımlı) müvafiq reyd və yoxlamalar keçirərək 390 akt və 57 inzibati protokol tərtib etmişlər. Meşə ehtiyatlarının mühafizəsi və qorunması sahəsində Azərbaycan Respublikası “Meşə Məcəlləsi”nin tələblərinə riayət olunması və qanunsuz olaraq meşələrin qırılmasının qarşısının alınması məqsədi ilə keçirilən araşdırmalar zamanı aşkar olunmuş qanun pozuntusu faktları ilə əlaqədar 222 akt və 9 inzibati protokol tərtib edilmişdir.
Təbiətə vurulmuş ziyana görə 219 iş üzrə 31389 manat 65 qəpik məbləğində iddia qaldırılmış, bundan 12663 manat 36 qəpik məbləğin ödənilməsi təmin edilmişdir. Aşkar olunmuş qanun pozuntularına görə təqsirkar şəxslər barəsində inzibati qaydada 9 iş üzrə 6320 manat məbləğində cərimə tətbiq olunmuş, bundan 1045 manat məbləğin ödənilməsi təmin edilmişdir. Xidməti ərazidə 640,56 m3 odun, 81,8 m3 çırpı, 88,36 m3 işlik meşə materialı və 7476 kq kömür qanunsuz daşındığı üçün sənədləşdirilmiş, bundan 12 m3 odun, 78,198 m3 işlik meşə materialı və 945 kq kömür müsadirə olunaraq Meşə Müəssisəsi və Bərpası Müəssisələrinə təhvil verilmişdir.
Hüquq Mühafizə Orqanlarına göndərilmiş 2 işlə əlaqədar hesablanmış ziyanın ümumi məbləği 7099 manat 31 qəpik, məhkəmələrə təqdim edilmiş 26 iddia ərizəsi ilə qaldırılmış iddiaların ümumi məbləği isə 3488 manat 25 qəpik təşkil edir ki, bundan 7 işə baxılaraq qaldırılmış 1132 manat 96 qəpik iddia tələbinin təmin edilməsi haqqında məhkəmə qətnaməsi çıxarılmışdır.
Heyvanlar aləminin mühafizəsi və qorunması sahəsində Azərbaycan Respublikası “Heyvanat aləmi haqqında” qanunun tələblərinin pozulması ilə əlaqədar 9 akt və 9 protokol tərtib edilmişdir.
Yerin təkindən qanunsuz istifadəyə görə hüquqi və fiziki şəxslər barəsində 125 akt və 16 protokol tərtib edilmişdir. Təbiətə vurulmuş ziyana görə 121 iş üzrə 5921 manat 35 qəpik məbləğində iddia qaldırılmış, bundan 3569 manat 35 qəpik məbləğin ödənilməsi təmin olunmuşdur. Aşkar edilmiş qanun pozuntularına görə təqsirkar şəxslər barəsində inzibati qaydada 12 iş üzrə 7440 manat məbləğində cərimə tətbiq edilmiş, bundan 789 manat 50 qəpik məbləğin ödənilməsi təmin olunmuşdur.
Atmosfer havasının və su ehtiyatlarının mühafizəsi sahəsində Azərbaycan Respublikası “Atmosfer havasının mühafizəsi haqqında” Qanunun tələblərinə riayət olunması vəziyyətinin yoxlanması ilə əlaqədar 10 akt, 2 protokol tərtib edilmişdir. 1 iş üzrə inzibati qaydada 3300 manat məbləğində cərimə tətbiq olunmuş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına dair 1 “məcburi göstəriş” verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.03.1992-ci il tarixli 122 saylı qərarına müvafiq olaraq atmosfer havasına atılan tullantılara görə hesablanmış 9095 manat 20 qəpik məbləğin ödənilməsi təmin edilmişdir.
İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar aşkar edilmiş faktlar əsasında 24 akt və 21 protokol tərtib olunmuş, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasına dair 20 “məcburi göstəriş” verilmişdir. Törədilmiş inzibati xətalarla əlaqədar təqsirkar şəxslərə 30910 manat məbləğində cərimə tətbiq edilmiş, bundan 5080 manat məbləğin ödənilməsi təmin olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 122 saylı qərarına müvafiq olaraq tullantıların yerləşdirilməsinə görə 6456 manat 20 qəpik məbləğin ödənilməsi təmin olunmuşdur.
Ümumilikdə, il ərzində təbiətə vurulmuş ziyana görə 342 iş üzrə 37389 manat məbləğində iddia qaldırılmış, bundan 16648 manat 66 qəpik məbləğin ödənilməsi təmin edilmişdir. Aşkar edilmiş qanun pozuntularına görə 43 iş üzrə təqsirkar şəxslər barəsində inzibati qaydada 47970 manat məbləğində cərimə tətbiq olunmuş, bundan 7119 manat 50 qəpik məbləğin ödənilməsi təmin edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 122 saylı qərarına müvafiq olaraq ətraf mühitə edilən təsirlərə, atılan tullantılara görə 17365 manat 40 qəpik məbləğində ödəmə haqqı hesablanaraq ödənilməsi təmin olunmuşdur.