2008-ci il ərzində keçirilən reyd və yoxlamalar zamanı 109 akt və 53 protokol tərtib edilib
09 Yanvar 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) “Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək 2008-ci ilin 12 ayı ərzində 109 akt və 53 protokol tərtib etmişdir. Atmosfer havasının mühafizəsi sahəsində 23 akt tərtib edilmiş və 11 məcburi göstəriş verilmiş, o cümlədən, müəssisə və təşkilatlara 7505,5 manat məbləğində məcburi ödəmə hesablanmış və ondan 7475,5 manat ödənilmişdir.
Su mühafizəsi sahəsində 16 akt tərtib edilmiş, 10 məcburi göstəriş verilmiş, müəssisə və təşkilatlara isə 9005,4 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 22 akt və 8 protokol tərtib edilmiş, 17 məcburi göstəriş verilmişdir. 8 təşkilat 43780 manat məbləğində cərimə edilmiş, 5 təşkilata 125898,2 manat məbləğində iddia qaldırılmış, o cümlədən, 2 nəfər tərəfindən keçən ildən qalan 352, 3 nəfər tərəfindən isə 481 manat məbləğində iddia ödənilmişdir. 11 iş tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 18 akt və 15 protokol tərtib edilmişdir. 15 təşkilat 26495 manat məbləğində cərimə edilmiş, 4 nəfər tərəfindən isə keçən ildən qalan 308 manat ödənilmişdir. 37 müəssisəyə qarşı 1724 manat məbləğində ödəmə hesablanmış və ödənilmişdir. 11 iş tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir.
Floranın mühafizəsi sahəsində 30 akt və 21 protokol tərtib edilmişdir. Qanunu pozan 21 nəfər 13290 manat məbləğində cərimə olunmuş, 28 nəfərə qarşı 6250,8 manat məbləğində iddia qaldırılmışdır. 25 nəfər tərəfindən 2039,5 manat məbləğində iddia, 21 nəfər tərəfindən isə keçən ilin qalıqları ilə birlikdə 1836,9 manat cərimə ödənilmişdir. 14 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilmişdir.
Faunanın mühafizəsi sahəsində 9 protokol tərtib edilmiş, 9 nəfər 9933 manat məbləğində cərimə olunmuş, 8 iş isə tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilmişdir.