Xəbərlər

Bölgələrdə ekoloji qanunvericiliyin qorunması sahəsində iş davam edir

06 Yanvar 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin nəzarət etdiyi inzibati ərazilərdə (Mingəçevir, Yevlax, Bərdə, Ağdaş, Tərtər) 2008-ci ilin 12 ayı ərzində ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən yoxlamalar zamanı qanunvericiliyin pozulması halları aşkara çıxarılmışdır.
Şöbə əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə müvafiq reyd və yoxlamalar keçirilərək 100 akt və 3 protokol tərtib edilmişdir.
Belə ki, aktlardan 1-i “Yerin təki haqqında” qanunun tələblərinə əməl edilməməsi, 2-si tullantılardan düzgün istifadə edilməməsi, 2-si isə su ehtiyatlarının mühafizəsi, 5-i qanunsuz ağac kömürünun əldə edilərək alqı-satqısı ilə məşğul olunması, eləcə də mühafizə olunan meşə zolağında qanunsuz olaraq mal-qara otarılması, 45-i atmosfer havasının mühafizəsi, digər 45-i isə əhaliyə və sahibkarlara ayrılan torpaqlarla bağlı olmuşdur.
Ümumilikdə, cari ilin 12 ayı ərzində Təbiəti Mühafizə Ehtiyat Fonduna 25202 manat 90 qəpik vəsait ödənilmişdir.
Aşkar edilmiş ciddi nöqsanlara görə 6 şəxs barəsində cərimə tərtib edilərək onlardan 3580 manat məbləğində vəsait tələb olunmuş, 684 manatın isə Təbiəti Mühafizə Ehtiyat Fonduna ödənilməsi təmin edilmişdir.
Təşkilat, təsərrüfat, cəmiyyət və vətəndaşlar tərəfindən ətraf mühitə vurulmuş zərərə görə 9 iş üzrə 402,78 manat məbləğində iddia qaldırılaraq bundan 301,67 manatın Təbiəti Mühafizə Ehtiyat Fonduna ödənilməsi təmin olunmuşdur.
Xidməti ərazidə yerləşən 299 obyektə 26190,55 manat məbləğində ödəmə tapşırıqları verilmiş, bundan 24217,23 manat vəsaitin ödənilməsi təmin edilmişdir.
Məhkəmə Nəzarəti və Məhkəmə Icraçılarına göndərilmiş 1 işdən 867,40 manat, rayon məhkəmələrinə göndərilmiş 4 işdən isə 1738,13 manat ödənilmişdir.