Dünyanın heyvanat aləminə səyahət (Zooloji park)
29 Dekabr 2008, 00:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı və böyük dəstəyi ilə son illər ölkəmizdə aparılan hərtərəfli quruculuq işləri, o cümlədən, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması sahəsində bir sıra vacib tədbirlər həyata keçirilmişdir.
Məhz, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin inkişaf etdirilməsi, Milli Parkların, yeni Dövlət Təbiət Qoruqlarının, Dövlət Təbiət Yasaqlıqlarının yaradılması, mövcud qoruq ərazilərinin genişləndirilməsi kimi tədbirlər fonunda beynəlxalq standartlara cavab verən Zooloji Parkın yaradılması bunun bariz nümunəsidir.
Dünya təcrübəsinə əsasən Zooloji Park bioloji müxtəlifliyin, xüsusən nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin qorunması, əhalinin maarifləndirilməsi və gənc nəslin təbiətə qayğıkeş ruhda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Zooloji Parkının yaradılması ilə əlaqədar respublikamızın ərazisində monitorinqlərin aparılması, seçilmiş ərazinin zooloji park kimi istifadəsinin yararlılıq dərəcəsinin öyrənilməsi, sərhədlərinin müəyyən edilməsi, xəritə sxeminin işlənilməsi, elmi cəhətdən əsaslandırılması və digər zəruri amillərin tədqiq olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyəti nazirlik və komitələrin, elmi təşkilatların nümayəndələrindən ibarət İşçi Qrup yaradılmışdır.
Zooloji Park forma və məzmununa görə dünyada analoqu olmayan bir layihədir. Burada tək Azərbaycanın deyil, digər qitələrin də bitki və heyvanat aləmi ilə tanış olmaq mümkün olacaqdır.
Zooloji Park Abşeron yarımadasında yerləşəcəkdir. Parkda tikiləcək binaların üzərində Qobustan qayaüstü rəsmləri, paleontoloji materiallar, orta əsr miniatür sənəti və Azərbaycanın heyvanat aləminin tarixi inkişaf dövrü nümayiş etdiriləcəkdir.