Zooloji parkın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
26 Dekabr 2008, 00:00
Son illər ərzində Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi, ekologiya sahəsində də uğurlu islahatlar nəticəsində ətraf mühitin mühafizəsinə dair bir sıra mühüm tədbirlər həyata keçirilmiş, bu sahəni tənzimləyən normativ hüquqi aktların ölkənin qoşulduğu beynəlxalq konvensiyalara uyğun təkmilləşdirilməsi üçün müvafiq işlər görülmüş, həmin məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 mart tarixli 1368 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” təsdiq edilmişdir.
Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, habelə təbii sərvətlərdən səmərəli istifadə olunması ilə bağlı gerçəkləşdirilən tədbirlər cəmiyyətdə ekoloji biliklərin geniş yayılması və gənc nəslin təbiətə qayğıkeş münasibətinin formalaşdırılması zərurətini meydana çıxarır. Ölkənin yüksək bioloji müxtəlifliyini və fauna aləminin zənginliyini əks etdirən parkın təşkili bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Azərbaycan təbiəti haqqında ictimaiyyətin məlumatlandırılması, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin bərpası və reintroduksiyasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində qeyri-kommersiya hüquqi şəxsi statusuna malik zooloji parkın yaradılmasını təmin etsin.
2. Bu Sərəncamın 1-ci bəndinin icrası ilə bağlı ayrılmış ərazidə zəruri tədqiqat işlərinin aparılması, zooloji parkın dizayn, tikinti və inkişaf planı layihələrinin hazırlanması məqsədi ilə 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,85 milyon (iki milyon səkkiz yüz əlli min) manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci bəndində qeyd olunan vəsaitin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmasını təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 26 dekabr 2008-ci il.