Böyük Qafqazın Bazardüzü”“Şahdağ”“Tufandağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqatı ilə bağlı tədbirlər haqqında Azərbyacan Respublikası Prezidentinin sərəncamı
27 Dekabr 2008, 00:00
Azərbaycan Respublikasının yüksək dağlıq ərazilərindən idman, turizm və digər bu kimi məqsədlərlə istifadənin genişlənməsi həmin ərazilərin hidrometeoroloji və ekoloji cəhətdən kompleks öyrənilməsini aktual məsələyə çevirmişdir. Bu ərazilər qlobal iqlim dəyişmələri, ətraf mühitin fon və transsərhəd çirklənmələrinin indikatoru kimi də beynəlxalq əhəmiyyət kəsb edir.
Belə ərazilərdə müvafiq müşahidələrin və tədqiqatların aparılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı ətraf mühitə dair bir sıra beynəlxalq müqavilələrdən, o cümlədən Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsində səmərəliliyi daha da artıracaqdır.
Yerli hava şəraiti və iqlimin formalaşmasında mühüm rol oynayan Böyük Qafqazda Bazardüzü, Şahdağ, Bazaryurd və Tufandağ buzlaqları ilə əhatə olunan yüksək dağlıq ərazidə (dəniz səviyyəsindən 3000 - 4000 metr yüksəklikdə) hidrometeoroloji, qlyasioloji və ekoloji müşahidə sisteminin yaradılmasının zəruriliyini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:
1.1. meteoroloji şəraitin, buzlaqların tədqiqi, atmosferin fon çirklənməsi, flora və faunanın müşahidəsi də daxil olmaqla, Azərbaycan Respublikasının Qusar rayonunun yüksək dağlıq ərazisində Kompleks hidrometeoroloji və ekoloji tədqiqat elm mərkəzinin yaradılmasını təmin etsin;
1.2. bu Sərəncamın 1.1-ci bəndində qeyd olunan mərkəzin fəaliyyəti üçün tikinti-quraşdırma işlərinin həyata keçirilməsi, həmçinin zəruri cihaz və avadanlıqlarla, alternativ enerji mənbələri, etibarlı telekommunikasiya sistemi ilə təmin olunması məqsədi ilə müvafiq tədbirləri həyata keçirsin.
2. Bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 900 (doqquz yüz) min manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci bəndində göstərilmiş vəsaitin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmasını təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 27 dekabr 2008-ci il.