Koreya Respublikasının Ətraf Mühit Nazirinin müavini Honq Cun Seokun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir
25 Noyabr 2008, 00:00
25 noyabr 2008-ci il tarixində Koreya Respublikasının Ətraf Mühit Nazirinin müavini Honq Cun Seokun başçılıq etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini F.Əliyevlə birlikdə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad etmişlər.
Daha sonra Honq Cun Seok və Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq Çul Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırovla görüşmüşlər.
Görüşdə H.Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətraf mühitin mühafizəsi sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində hazırda ölkəmizdə ekologiya sahəsində görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat vermişdir.
Daha sonra Nazirliyin inzibati binasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Koreya Respublikasının Ətraf Mühit Nazirliyi arasında Ətraf Mühit üzrə Birgə Komitənin Əsasnaməsinin imzalanma mərasimi və Birgə Komitənin birinci iclası keçirilmişdir.
Görüşdə ətraf mühitin komponentləri üzrə Komitənin təcrübə mübadiləsi, Azərbaycanda tullantıların idarə olunması, çirkab suların təmizlənməsi, havanın çirklənməsinin azaldılması, monitorinq, ekoloji təhsil və maarifləndirmə, biomüxtəliflik, təbiətin mühafizəsi və iqlim dəyişikliyi sahələri üzrə əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə çıxarılması məsələləri müzakirə edilmişdir.