1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 321 akt və 49 inzibati protokol tərtib edib
04 Noyabr 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları 2008-ci ilin 9 ayı ərzində inzibati ərazidə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara, Yardımlı) müvafiq reyd və yoxlamalar keçirərək 321 akt və 49 inzibati protokol tərtib etmişlər.
Meşə ehtiyatlarının mühafizəsi və qorunması sahəsində Azərbaycan Respublikası “Meşə Məcəlləsi”nin tələblərinə riayət olunması və qanunsuz olaraq meşələrin qırılmasının qarşısının alınması məqsədi ilə keçirilən araşdırmalar zamanı aşkar olunmuş qanun pozuntusu faktları ilə əlaqədar 182 akt və 8 inzibati protokol tərtib edilmişdir. Təbiətə vurulmuş ziyana görə 179 iş üzrə 28750 manat 63 qəpik məbləğində iddia qaldırılmış, bundan 9391 manat 80 qəpik məbləğin ödənilməsi təmin edilmişdir. Aşkar olunmuş qanun pozuntularına görə təqsirkar şəxslər barəsində inzibati qaydada 8 iş üzrə 5720 manat məbləğində cərimə tətbiq olunmuş, bundan 695 manat məbləğin ödənilməsi təmin edilmişdir. Xidməti ərazidə 528,96 m3 odun, 73 m3 çırpı, 88,36 m3 işlik meşə materialı və 6101 kq kömür qanunsuz daşındığı üçün sənədləşdirilmiş, bundan 10 m3 odun, 78,198 m3 işlik meşə materialı və 945 kq kömür müsadirə olunaraq Meşə Müəssisəsi və Bərpası Müəssisələrinə təhvil verilmişdir.
Hüquq Mühafizə Orqanlarına göndərilmiş 2 işlə əlaqədar hesablanmış ziyanın ümumi məbləği 7099 manat 31 qəpik, Məhkəmələrə təqdim edilmiş 11 iddia ərizəsi ilə qaldırılmış iddiaların ümumi məbləği isə 2376 manat 81 qəpik təşkil edir.
Heyvanlar aləminin mühafizəsi və qorunması sahəsində Azərbaycan Respublikası “Heyvanat aləmi haqqında” qanunun tələblərinin pozulması ilə əlaqədar 6 akt və 6 protokol tərtib edilmiş, təbiətə dəymiş ziyana görə 88 manat məbləğində iddia hesablanmış və baxılması üçün aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilmişdir. Bundan 2 işə baxılaraq təqsirkar şəxslər barəsində müvafiq tədbir görülmüşdür.
Yerin təkinin və torpaq ehtiyatlarının mühafizəsi sahəsində yerin təkindən qanunsuz istifadəyə görə hüquqi və fiziki şəxslər barəsində 106 akt və 12 protokol tərtib edilmişdir. Təbiətə vurulmuş ziyana görə 102 iş üzrə 5235 manat 95 qəpik məbləğində iddia qaldırılmış, bundan 2697 manat 55 qəpik məbləğin ödənilməsi təmin olunmuşdur. Aşkar edilmiş qanun pozuntularına görə təqsirkar şəxslər barəsində inzibati qaydada 10 iş üzrə 6240 manat məbləğində cərimə tətbiq edilmiş, bundan 719 manat 50 qəpik məbləğin ödənilməsi təmin olunmuşdur.
Atmosfer havasının və su ehtiyatlarının mühafizəsi sahəsində Azərbaycan Respublikası “Atmosfer havasının mühafizəsi haqqında” Qanunun tələblərinə riayət olunması vəziyyətinin yoxlanması ilə əlaqədar 4 akt, 2 protokol tərtib edilmişdir. 1 iş üzrə inzibati qaydada 3300 manat məbləğində cərimə tətbiq edilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına dair 1 “məcburi göstəriş” verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.03.1992-ci il tarixli 122 saylı qərarına müvafiq olaraq atmosfer havasına atılan tullantılara görə hesablanmış 7250 manat 20 qəpik məbləğin ödənilməsi təmin edilmişdir.
İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar aşkar edilmiş faktlar əsasında 23 akt və 21 protokol tərtib olunmuş, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasına dair 20 “məcburi göstəriş” verilmişdir. Törədilmiş inzibati xətalarla əlaqədar təqsirkar şəxslər barəsində 30910 manat məbləğində cərimə tətbiq edilmiş, bundan 4705 manat məbləğin ödənilməsi təmin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 122 saylı qərarına müvafiq olaraq tullantıların yerləşdirilməsinə görə 4321 manat 20 qəpik məbləğin ödənilməsi təmin olunmuşdur.
Ümumilikdə, 2008-ci ilin ötən müddəti ərzində təbiətə vurulmuş ziyana görə 283 iş üzrə 33894 manat 58 qəpik məbləğində iddia qaldırılmış, bundan 12505 manat 35 qəpik məbləğin ödənilməsi təmin edilmişdir. Aşkar edilmiş qanun pozuntularına görə 40 iş üzrə təqsirkar şəxslər barəsində inzibati qaydada 46170 manat məbləğində cərimə tətbiq edilmiş, bundan 6024 manat 50 qəpik məbləğin ödənilməsi təmin edilmişdir. Xidməti ərazidə 528,96 m3 odun, 73 m3 çırpı, 88,36 m3 işlik meşə materialı və 6101 kq kömür qanunsuz daşındığı üçün sənədləşdirilmiş, bundan 10 m3 odun, 78,198 m3 işlik meşə materialı və 945 kq kömür müsadirə olunaraq Meşə Müəssisəsi və Bərpası Müəssisələrinə təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 122 saylı qərarına müvafiq olaraq ətraf mühitə edilən təsirlərə, atılan tullantılara görə 11811 manat 40 qəpik məbləğində ödəmə haqqı hesablanaraq ödənilməsi təmin olunmuşdur.
Hüquq Mühafizə Orqanlarına göndərilmiş 2 işlə əlaqədar hesablanmış ziyanın ümumi məbləği 7099 manat 31 qəpik, Məhkəmələrə təqdim edilmiş 12 iddia ərizəsi ilə qaldırılmış iddiaların ümumi məbləği isə 2426 manat 31 qəpik təşkil edir.