Xəbərlər

Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsi (oktyabr ayının II ongünlüyü üçün)

27 Oktyabr 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabr ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunur.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 4 dəfə, Ağstafaçayda mis birləşmələri 3 dəfə, fenollar norma daxilindədir, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Biogen maddəllər və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 2, Ağstafaçay məntəqəsində isə 1.9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Suyun əsas çirkləndiricilərindən olan fenollar çayın Horadiz məntəqəsində 3, I Şahsevən və Bəhramtəpə məntəqələrində 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Mis birləşmələri isə Horadiz və I Şahsevən məntəqələrində 4, Bəhramtəpə məntəqəsində isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1.1, Bəhramtəpədə 1.9, I Şahsevəndə 1.7 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Bunun da səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.39-6.64 mq/l arasında dəyişərək norma daxilində olmuşdur.

İnqredi-
yentlər
Ölçü vahidi YVQH Su obyektləri
Kür çayı Şıxlı-2 mən-
təqəsi)
Araz çayı Ağsta-
façay
Ağsta-
façay su anbarı
Hora-
diz məntə-
qəsi
I Şah-
sevən məntə-
qəsi
Bəhram-
təpə məntə-
qəsi
Həll olmuş O2 mq/l6 6,605,68 5,395,466,036,64
NH4 mq/l 0,39 0,2470,15 0,140,14 0,164 0,144
Codluq mq-ekv/l 7,0 5,51 4,58 4,21 4,125,75 7,10
Nitrat NO3- mq/l9 0,326 2,4 2,2 2,1 0,038 0,041
Nitrit
NO2-
mq/l0,02 0,04 0,021 0,0380,033 0,188 0,679
Neft məhsulları mq/l 0,05 0,060,030,030,040,002 0,06
Mis birləşmələri mq/l 0,0010,0040,004 0,003 0,003 0,0030,003
Fenollarmq/l 0,0010,0020,0030,002 0,0020,001 0,002