Xəbərlər

Qanunsuz daşınan 40 m3 hazır taxta materialı saxlanılıb

24 Oktyabr 2008, 00:00

27 sentyabr 2008-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublika meşələrində qeyri-leqal yollarla meşə məhsullarının dövriyyəsinin qarşısının alınması, meşə qanunvericiliyinin günün tələblərinə uyğun yerinə yetirilməsi sahəsində meşə mühafizə xidmətinin iş və icra intizamını artırmaq məqsədilə komissiya yaradılmışdır.
Komissiyanın fəaliyyəti nəticəsində 11 oktyabr 2008-ci il tarixdə Şəki rayonu ərazisində qanunsuz daşınan 40 m3 həcmində hazır taxta materialı saxlanılmış və aparılan araşdırma zamanı sözügedən taxta materiallarının Balakən rayonundan gətirildiyi məlum olmuşdur. Faktla əlaqədar Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırılmış, yol verilən qanunsuzluqlara görə müəssisənin direktoru, iki meşəbəyi və üç meşə gözətçisi tutduqları vəzifədən azad edilmişdir.
Hazırda həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.