Bir sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilmişdir
22 Oktyabr 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin keçirdiyi monitorinqlər nəticəsində bir sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilmişdir. Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları həmin müəssisə və təşkilatlarda araşdırma aparmışlar.
Araşdırmalar zamanı Lənkəran Su Kanal İdarəsinə məxsus Bioloji Təmizləyici Qurğuya daxil olan məişət çirkab suların təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktı aşkar olunmuşdur. Faktla əlaqədar akt və protokol tərtib edilərək Lənkəran Şəhər Su Kanal İdarəsi hüquqi şəxs qismində 8250 manat məbləğində cərimə olunmuşdur.
Bakı Kanalizasiya Xidmətləri İdarəsinin balansında olan Sahil və Hövsan Bioloji Təmizləmə Qurğularına daxil olan məişət çirkab suları təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır. Qeyd olunanlarla əlaqədar akt və protokol tərtib edilmiş və Bakı Kanalizasiya Xidmətləri İdarəsi hüquqi şəxs qismində hər qurğuya görə 8250 manat məbləğində cərimələnmişdir.
“Hacı-Həsən” və“Zığ” Mexaniki Təmizləmə Qurğularına daxil olan müxtəlif tərkibli çirkab suların təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Hacı-Həsən gölünə, oradan da kanal vasitəsi ilə Bakı-Salyan şossesinin altından Lökbatan çimərliyinə axıdılması faktı aşkar olunmuşdur. Faktla əlaqədar Bakı Kanalizasiya Xidmətləri İdarəsi hüquqi şəxs qismində hər qurğuya görə 8250 manat məbləğində cərimələnərək akt və protokol tərtib edilmişdir.
Bakı Kanalizasiya Xidmətləri İdarəsinin tabeçiliyində olan Mərdəkan Şüvəlan Bioloji Təmizləmə Qurğusuna daxil olan məişət çirkab suların təmizlənmədən birbaşa qəza xətti vasitəsi ilə Xəzər dənizinə axıdılmasına görə akt və protokol tərtib edilərək Bakı Kanalizasiya Xidmətləri İdarəsi hüquqi şəxs qismində 13750 manat məbləğində inzibati qaydada cəzalandırılmışdır.
Bakı Kanalizasiya Xidmətləri İdarəsinin tabeçiliyində olan “Buzovna” Bioloji Təmizləmə Qurğusuna daxil olan məişət çirkab suları reqlament normalarına uyğun təmizlənmədən və natrium hipoxloridlə zərərsizləşdirilmədən Xəzər dənizinə axıdıldığına görə Bakı Kanalizasiya Xidmətləri İdarəsi hüquqi şəxs qismində 13750 manat məbləğində cərimə olunaraq akt və protokol tərtib edilmişdir.
Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən “Azərkimya” Dövlət Şirkətinə məxsus Üzvi-Sintez Zavodunun Bioloji Təmizləmə Qurğusuna daxil olan məişət çirkab və sənaye axıntı suların reqlament normalarına uyğun təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılmasına görə akt və protokol tərtib edilərək Üzvi-Sintez Zavodu hüquqi şəxs qismində 10000 manat məbləğində cərimələnmişdir.
Siyəzən Şəhər Su Kanal İdarəsinə məxsus Mexaniki Təmizləmə Qurğusuna daxil olan müxtəlif tərkibli çirkab suların təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Ataçaya, oradan da Xəzər dənizinə axıdılmasına görə akt və protokol tərtib edilərək Siyəzən Şəhər Su Kanal İdarəsi hüquqi şəxs qismində 10000 manat məbləğində inzibati qaydada cəzalandırılmışdır.
Xaçmaz rayonunun Nabran qəsəbəsində istismar olunan Bioloji Təmizləmə Qurğusuna daxil olan məişət çirkab suları reqlament normalarına uyğun təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Xəzər dənizinə axıdıldığına görə müəssisə hüquqi şəxs qismində 11000 manat məbləğində cərimə olunaraq akt və protokol tərtib edilmişdir.
Bakı Kanalizasiya Xidmətləri İdarəsinin tabeçiliyində olan leysan kollektorları vasitəsi ilə məişət çirkab sularının Xəzər dənizinə axıdılmasına görə akt və protokol tərtib edilərək Bakı Kanalizasiya Xidmətləri İdarəsi hüquqi şəxs qismində 8250 manat məbləğində cərimə olunmuşdur.
Nizami rayonu Oqtay Vəliyev küçəsi 1 ünvanında yerləşən Neft Emalı Zavodunun tabeçiliyində olan Bioloji Təmizləmə Qurğusuna daxil olan məişət çirkab və sənaye axıntı suların reqlament normalarına uyğun təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılmasına görə akt və protokol tərtib edilərək Neft Emalı Zavodu hüquqi şəxs qismində 8250 manat məbləğində inzibati qaydada cərimələnmişdir.
Neftçala rayonu inzibati ərazisində fəaliyyət göstərən “Azəryod” MMC-nin balansında istismar olunan quyulardan çıxarılan lay sularından yod istehsalında istifadədən sonra formalaşan lay sularının təmizlənmədən müəssisəyə məxsus torpaqdan düzəldilmiş kanal vasitəsi ilə Mil-Muğan kanalına, oradan da Xəzər dənizinə axıdılmasına görə “Azəryod” MMC hüquqi şəxs qismində 8250 manat məbləğində cərimə olunaraq akt və protokol tərtib edilmişdir.
Çatışmazlıqların aradan qaldırılması üçün hər bir müəssisəyə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdir.
Novxanı qəsəbəsinin Xəzər sahili zolağının bataqlaşması mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması, fərdi yaşayış evlərində formalaşan məişət çirkab və qurunt sularının relyefdən asılı olaraq sahil zolağına axması səbəbindən baş verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli, 1697 saylı Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq Xəzər dənizinin sahil boyu (Abşeron yarımadası da daxil olmaqla) fəaliyyət göstərən kurort-müalicə, turizm mərkəzlərində və fərdi yaşayış massivlərində kanalizasiya şəbəkəsinin lokal təmizləyici qurğularının quraşdırılması nəzərdə tutulmuşdur.