Biləsuvar rayonunun Əliabad kəndində ən müasir su təmizləyici qurğunun açılış mərasimi keçirilmişdir
21 Oktyabr 2008, 00:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006”“cı ilin 28 sentyabr tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006”“2010”“cu illər üzrə Kompleks Tədbirlər Planı”nın həyata keçirilməsi və ətraf mühitin sağlamlaşdırılması istiqamətində məqsədyönlü iş aparılır.
Kompleks Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007”“ci il 20 iyun tarixində təsdiq olunmuş "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
Qeyd olunan Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli su təmizləyici qurğuların quraşdırılması hesabına 166 min kənd əhalisinə verilən suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulur.
Sərəncamın icrası olaraq artıq 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi təmiz içməli su ilə təmin olunmuşdur.
Hazırda daha 12 rayonun 50 yaşayış məntəqəsinin 111 min əhalisinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
2008-ci il 21 oktyabr tarixində Biləsuvar rayonunun Əliabad kəndində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı su təmizləyici qurğunun açılış mərasimi keçirilmişdir.
Bu gündən etibarən kəndin 1250 nəfər əhalisi 11 bulaq vasitəsilə gün ərzində 30 kub.m su təmizləmə gücünə malik modul tipli qurğuda təmizlənmiş içməli sudan istifadə edəcəkdir.