Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisi genişləndirilərək 47349 hektara çatdırılmışdır
20 Oktyabr 2008, 00:00
Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı sayəsində ekoloji problemlərin həll edilməsi, xüsusən də Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin inkişaf etdirilməsi, Milli Parklar, Dövlət Təbiət Qoruqları, Dövlət Təbiət Yasaqlıqlarının yaradılması, eləcə də mövcud Dövlət Təbiət Qoruqlarının ərazisinin genişləndirilməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2008-ci il tarixli Sərəncamına müvafiq olaraq Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisindən 23292 hektar, Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisindən 213 hektar meşə fondu torpaqlarının hesabına Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisi 23505 hektar genişləndirilərək, ümumilikdə 47349 hektara çatdırılmışdır.
Hazırda ərazidə davamlı inkişafa nail olunması, ekosistemin bütövlüyünün qorunub saxlanması məqsədilə qoruqla həmsərhəd yerləşən və vahid ekosistemi əhatə edən ərazinin 7079 hektarlıq sahəsində Zaqatala Dövlət Təbiət Yasaqlığının yaradılması istiqamətində zəruri işlər davam etdirilir və başa çatmaq üzrədir.
Gələcəkdə beynəlxalq təşkilatların tövsiyələrinə müvafiq olaraq və Azərbaycan ilə Gürcüstan Respublikalarının birgə iqtisadi əməkdaşlıq komissiyasının 27 sentyabr 2007-ci il tarixində keçirilmiş 4-cü iclasının Protokolunun 6-cı maddəsinin 6.12-ci bəndinə əsasən bütöv meşə massivini birləşdirən və vahid ekosistem təşkil edən Balakən”“Laqodexi sərhədyanı Xüsusi Mühafizə Olunan Təbiət Ərazisinin yaradılması həyata keçiriləcəkdir ki, bununla da Azərbaycanda ilk Biosfer Qoruğun yaradılması baş tutacaqdır.
Aparılmış məqsədyönlü tədbirlərin nəticəsində hazırda Azərbaycan Respublikasında Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri 771907,7 hektar olmaqla ölkə ərazisinin 8,91%-nə çatdırılmışdır.