Ekologiya və Təbii Sərvətlər Nazirliyi qərəz və böhtan xarakterli fikirlərlə cəmiyyəti aldatmağa çalışanlara cavab verir
16 Oktyabr 2008, 00:00
Böhtan, haqsız söz hər kəsi incidir, üstəlik müəyyən bir subyekt haqqında mənfi rəy formalaşdırır. Heç bir fakta əsaslanmayan yalan fikirlərin KİV-ə yol tapması isə artıq bütün cəmiyyətdə düzgün olmayan rəy yaradır, çaşqınlığa səbəb olur.
Yazımızı bu məzmunlu müqəddimə ilə ona görə başlayırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bəzi mətbu orqanlarda haqsız, qərəzli, böhtan xarakterli, bilavasitə Azərbaycan cəmiyyətini aldatmağa yönələn yalan fikirlərlə üzləşmişik.
Belə ki, guya 7 sentyabr 2008-ci il tarixdə şikayətçi Anar Əzizli və 4 dostu istirahət məqsədilə təbiətin qoynunda dincəlmək üçün Bakı-Şamaxı yolunun 57-ci kilometrliyində Cəngi ərazisindəki çayda çimərkən Nazirliyin əməkdaşlarının qanunsuz təzyiqi ilə üzləşmişlər.
Həmin yalan fikirlərin sahibi olan şikayətçinin nəzərinə çatdırırıq ki, hadisə Bakı-Şamaxı yolunun 57-ci kilometrliyindəki Cəngi ərazisində deyil, əslində Altıağac Milli Parkının sərhədlərindən təqribən 3 kilometr aralıda Qasımkənd ərazisində baş vermişdir. Belə ki, parkın ərazisində atəş səsləri eşidilmiş, dərhal mühafizə işçilərindən ibarət operativ qrup yaradılaraq həmin istiqamətdə reyd keçirilmiş, hadisə yerinə çatana kimi isə onlara məxsus olan avtomobil həmin ərazidən uzaqlaşmışdır. Daha sonra operativ qrup onları Qasımkənd sahəsində yaxalamışdır. Mühafizə işçilərini görən qanun pozucuları vurduqları ov qənimətini (böyük ehtimala görə kəklik quşlarını, çünki hadisə yerində quşların tükləri müşahidə edilmişdir) gizlətmiş, lakin 1 ədəd ov silahı əməkdaşlar tərəfindən müsadirə edilmişdir. Faktla əlaqədar Altıağac Milli Parkının əməkdaşları tərəfindən hadisə yerində 014823 nömrəli akt və protokol tərtib edilmiş, 8 sentyabr 2008-ci il tarixli 8 nömrəli qərarla və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsinə əsasən qanun pozucusu (tüfəng sahibi) Kərimov Üzeyirə ov qaydalarını pozduğuna görə 1500 manat məbləğində cərimə müəyyən edilmişdir.
Şikayətçinin məktubunda sentyabr ayının 14-də onun tərəfindən Milli Parkın rəhbəri P.Məmmədova 3000 manatın verilməsi göstərilsə də, əslində isə silah sahibi Kərimov Üzeyir tərəfindən 12 sentyabr 2008-ci il tarixli 23 nömrəli qəbzlə Kapital Bankın Xızı rayon filialında “Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi fondu”na 1500 manat köçürülmüşdür .
“Hörmətli” şikayətçiyə və ictimaiyyət arasında çaşqınlıq yaradan müəlliflərə üzümüzü tutaraq soruşuruq: yazdıqlarınıza özünüz inanırsınızmı? Doğrudanmı söylədiklərinizi həqiqət hesab edirsiniz?
Biz hesab edirik ki, yanlış fikirlərinizlə siz qəzet oxucularını və Azərbaycan ictimaiyyətini ələ salırsınız. Ona görə ki, sentyabr ayında, yağış sularından axarlanan (bundan bir gün əvvəl isə hələ də quru olan) və topuqdan yuxarı qalxmayan dağ çayının lilli suyunda çimmək heç bir məntiqə sığmır (Hidrometeoroloji Proqnozlar Bürosundan aldığımız məlumata görə 6 sentyabr 2008-ci il tarixdə sözügedən əraziyə 2 mm yağıntı düşmüşdür). Deyə bilərsinizmi, çimmək arzusu ilə Bakıdan Şamaxıya yollanarkən ov tüfənginə nə ehtiyacınız var idi? Bəlkə siz bulanıq suda balıq tutmaq sevdasına düşmüşdünüz? Özü də ov tüfəngi ilə...
Yəni, başa düşün ki, həqiqət bütün çılpaqlığı ilə göz qabağındadır. Fakt odur ki, siz və dostlarınız qanunsuz kəklik ovlayarkən yaxalanmısınız.
Nəzərinizə çatdırırıq ki, biz heç də bununla dövlət məmurunun müdafiəsinə qalxmırıq, onun fəaliyyəti isə kompleks surətdə araşdırılır.
Qlobal təhlükə mənbəyi sayılan quş qripinin profilaktikası ilə əlaqədar ölkədə ciddi tədbirlər görüldüyü bir zamanda bir sıra cılız ov düşkünlərinin öz kefləri naminə həm özlərini, həm də başqalarını təhlükə qarşısında qoyaraq, cəza aldıqda isə müraciət etdiyi ünvanlara, oxuculara hörmətsizlik edərək belə özünü bu cür primitiv nağıllarla və bundan irəli gələrək başqalarını şərləmək, özünü haqlı çıxarmaq cəhdindən başqa ortada daha nə var?