Qeyri-sabit hava şəraiti gözlənilir
08 Oktyabr 2008, 00:00
Faktiki hava: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, həftənin əvvəlində qeydə alınan temperaturlar iqlim normasından 2 dərəcəyədək yüksəkdir.
Proqnoz: Hal-hazırda müşahidə olunan nisbətən mülayim hava həftənin son günlərində dəyişiləcəkdir.
Qeyri-sabit hava şəraitinin oktyabr ayının 09-da Qərb rayonlarından başlayaraq 13-dək ölkə ərazisində davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, gözlənilən intensiv yağışlarla əlaqəli çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Külək: Oktayabr ayının 9-u axşam saatlarında və 10-da şimal-qərb küləyi güclənəcək, 11-də küləyin mülayimləşməsi, 12-də isə yenidən güclənməsi gözlənilir.
Temperatur: Həftənin sonunda bu günlərə nisbətən temperaturlar tədricən 3-5 dərəcə aşağı düşəcək.