“Hacıqabul balıq” ASC ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərini pozduğuna görə cərimə olunmuşdur
27 Sentyabr 2008, 00:00
Son zamanlar Kütləvi İnformasiya Vasitələrində və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş müraciətlərdə Hacıqabul gölünün quruması barədə məlumatlar verilir.
Bununla əlaqədar Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin mütəxəssisləri tərəfindən araşdırma aparılarkən İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 20 noyabr 2001-ci il tarixli 215 saylı Sərəncamı ilə ləğv edilmiş “Azərbalıq” Dövlət Balıqçılıq təsərrüfatı Konserninin tabeliyində olan Hacıqabul balıq əmtəə təsərrüfatının bazasında “Hacıqabul balıq” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı və Şirvan şəhər İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən 1254,56 ha (o cümlədən, Hacıqabul gölünün 208,67 ha) və Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən 1643,44 ha (o cümlədən, Hacıqabul gölünün 547,37 ha) torpaq sahəsinin 90 il müddətinə “Hacıqabul balıq” ASC-yə icarəyə verildiyi məlum olmuşdur. Bundan sonra göstərilən sərəncamlara əsasən torpaq sahəsinin kənd təsərrüfatı və balıqçılıq fəaliyyəti üçün icarəyə verilməsi məqsədi ilə Şirvan şəhər və Hacıqabul rayon İcra Hakimiyyətləri ilə “Hacıqabul balıq” ASC arasında müqavilələr bağlanmışdır.
Araşdırma zamanı “Hacıqabul balıq” ASC tərəfindən uzun müddət ərzində suyun Hacıqabul gölünün Kür çayı ilə tənzimlənməsinə xidmət edən nasosxana vasitəsi ilə gölə deyil, yalnız balıqyetişdirmə nohurlarına (süni göllərə) vurulduğu və gölü çay ilə birləşdirən kanalların tam təmizlənmədiyi aşkar edilmişdir. Bütün bunların nəticəsində suyun hidroloji rejimi pozulmuş, gölün təbii təmizlənmə qabiliyyəti azalmış və qurumağa başlamışdır. “Hacıqabul balıq” ASC tərəfindən balıqçılıq əhəmiyyətli sututarının (gölün) çirklənmədən, zibillənmədən qorunması və gölün su rejiminin tənzimlənməsi istiqamətində heç bir tədbir görülməmişdir. Mövcud vəziyyət qanunvericiliyə uyğun sənədləşdirilmiş, akt və protokol tərtib olunmuşdur.
Ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Hacıqabul balıq” ASC hüquqi şəxs qismində inzibati qaydada cərimə olunmuş və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün müəssisəyə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdir.
“Hacıqabul balıq” ASC-nin torpaq qanunvericiliyi və qeyd edilən müqavilələrlə üzərinə düşən öhdəlik və vəzifələri yerinə yetirmədiyinə görə onunla bağlanmış icarə müqavilələrinin ləğv edilməsi və Hacıqabul gölünün əvvəlki vəziyyətə gətirilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün Nazirlik tərəfindən Şirvan şəhər və Hacıqabul rayon İcra Hakimiyyəti başçılarına məktublar göndərilmişdir.