Xəbərlər

Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanmışdır

25 Sentyabr 2008, 00:00

Çexiya Respublikasının Ətraf Mühit Nazirinin müavini cənab Yan Dusik və İqamətgahı Praqa şəhərində yerləşən Çexiya Respublikasının Azərbaycana akkreditə olunmuş səfiri cənab Radek Matulo Azərbaycanda səfərdədirlər. 25 sentyabr 2008-ci il tarixində Çexiya Respublikasının Ətraf Mühit Nazirinin müavini cənab Yan Dusik, Çexiya Respublikasının Azərbaycana akkreditə olunmuş səfiri cənab Radek Matulo Ekologiya və Təbii Sərvətlər Naziri cənab H.Bağırovla birlikdə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad etmişlər.
Daha sonra Nazirliyin inzibati binasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çexiya Respublikası Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanmışdır.
Həmçinin Memomardum çərçivəsində ətraf mühitin monitorinqi, tullantıların idarəedilməsi, biomüxtəlifliyin mühafizəsi, su ehtiyatlarının idarəolunması, iqlim dəyişmələri problemləri və ətraf mühit sahəsində yerli kadr potensialının gücləndirilməsinə dair bir sıra istiqamətlər üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması məsələləri müzakirə edilmişdir.
Eyni zamanda, su ehtiyatlarının idarəolunması və əhalinin təmiz içməli su ilə təmin olunması sahəsində Çex mütəxəssisləri ilə əməkdaşlığa dair müzakirələr aparılmışdır.
Tədbirin sonunda mətbuat konfransı keçirilmişdir.

Fotolar