Qeyri-sabit hava şəraiti davam edəcək
25 Sentyabr 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə sentyabrın 24-də axşam saatlarından başlayaraq ölkə ərazisində uzun müddət nisbətən mülayim və əsasən yağmursuz hava şəraitini təmin edən və siklonların qarşısını alan antisiklonun təsiri azalmış və Aralıq dənizi siklonunun Azərbaycana daxil olması üçün əlverişli şərait yaranmışdır. Gecə və səhər saatlarında, demək olar ki, əksər rayonlarda yağış müşahidə olunmuşdur. Bu cür qeyri-sabit və tutqun havalar sentyabrın 30-dək davam edəcək.
Havanın temperaturunun ötən günlərə nisbətən 3-5 dərəcə aşağı enəcəyi, sentyabrın 25-də gündüz saatlarında Abşeron yarımadası və Bakıda temperaturun 20-24, Aran rayonlarında 22-27, dağlıq ərazilərdə isə 12-17 dərəcə intervalında dəyişəcəyi gözlənilir.
Göstərilən müddətdə fasilələrlə yağış yağacağı, bəzi rayonlarda əsasən gecə və axşam saatlarında leysan xarakterli olacağı ehtimalı var.
Sentyabrın 25-də arabir güclənən şimal-qərb küləyi ayın 26-dan etibarən mülayimləşəcək. Lakin sentyabrın 28-i və 29-u gündüz saatlarınadək yenidən şimal- qərb küləyinin güclənəcəyi gözlənilir.
İntensiv yağışlar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi istisna olunmur.
Tibbi meteoroloji proqnoz
Sentyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, ayın 27-də xəzri qabağı şəraitlə əlaqədar atmosfer təzyiqinin xeyli enməsi və 28-də gün ərzində kəskin qalxması əksər meteohəssas insanlar üçün əlverişsizdir.