Saatlı rayonunun Qıraqlı kəndinin əhalisi ekoloji cəhətdən təmiz içməli sudan istifadə edəcək
24 Sentyabr 2008, 00:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2007”“ci il 20 iyun tarixində təsdiq olunmuş "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamın icrası olaraq artıq 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi təmiz içməli su ilə təmin olunmuşdur.
Hazırda daha 12 rayonun 50 yaşayış məntəqəsinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
2008-ci il 24 sentyabr tarixində Saatlı rayonunun Qıraqlı kəndində müasir texnologiya əsasında İtaliya, ABŞ, Almaniya və Belçika istehsalı olan avadanlıqlarla təchiz olunmuş növbəti su təmizləyici qurğunun açılış mərasimi keçirilmişdir.
Bu gündən etibarən kəndin 3357 nəfər əhalisi 14 bulaq vasitəsilə gün ərzində 70 m3 su təmizləmə gücünə malik modul tipli qurğuda təmizlənmiş içməli sudan istifadə edəcəkdir.