Çexiya Respublikasının Ətraf Mühit Nazirinin müavini cənab Yan Dusikin Azərbaycana səfəri nəzərdə tutulur
24 Sentyabr 2008, 00:00
25 sentyabr 2008-ci il tarixində Çexiya Respublikasının Ətraf Mühit Nazirinin müavini cənab Yan Dusikin Azərbaycana səfəri nəzərdə tutulur. Səfərin məqsədi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çexiya Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və gələcək əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir.
Səfər zamanı cənab Yan Dusiki İqamətgahı Praqa şəhərində yerləşən Çexiya Respublikasının Azərbaycanda akkreditə olunmuş səfiri cənab Radek Matulo müşayiət edəcəkdir.
Səfər zamanı cənab Yan Dusiki İqamətgahı Praqa şəhərində yerləşən Çexiya Respublikasının Azərbaycanda akkreditə olunmuş səfiri cənab Radek Matulo müşayiət edəcəkdir.