Xəbərlər

Abşeronun ekoloji bərpası proqramı Ekoloji siyasət və normaların tətbiqi layihəsi (Ətraf mühitin qiymətləndirilməsi və idarə edilməsi planı)

23 Sentyabr 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bütün maraqlı tərəfləri Dünya Bankı tərəfindən maliyyələşən Ekoloji Dövlət Proqramı (EDP) üçün ekoloji siyasət və normaların tətbiqi layihəsinin ətraf mühitin qiymətləndirilməsi və idarəetmə planının (ƏMQİP) ictimai dinləmələri ilə əlaqədar iclasa dəvət edir.
İclas 26 sentyabr 2008-ci il tarixində saat 15.00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında keçiriləcəkdir.
Ünvan: B.Ağayev küç.100-A, Bakı, AZ1073 (Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mətbuat Xidməti )

Ekoloji Dövlət Proqramı (EDP) üçün ekoloji siyasət və normaların tətbiqi layihəsi üzrə hazırlanmış ətraf mühitin qiymətləndirilməsi və idarəetmə planını (ƏMQİP) Ekologiya və Təbii Sərvətlər Nazirliyində əldə etmək olar. (İradə İbrahimova, Tel: 438 15 21, Faks: 492 59 07) Həmin sənədlə eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin web-saytında (www.eco.gov.az) tanış olmaq olar.

Sənədin tam mətni