“Xəzər həftəsi" ilə bağlı tədbirlər keçiriləcək
22 Sentyabr 2008, 00:00
BMT-nin qərarı ilə 1978”“ci ildən hər il sentyabr ayının sonuncu həftəsi "Beynəlxalq Dəniz günü" elan edilmişdir. Bu tədbirin keçirilməsində əsas məqsəd bütün dünyada cəmiyyətin, dövlətin və özəl sektorun diqqətini dənizin və onun bioresurslarının qorunması probleminə yönəltməkdir.
Ekoloji təqvimə salınmış "Beynəlxalq Dəniz günü"nün davam etdiyi müddətdə bütün dünya ictimaiyyətinə su hövzələrinin zənginliyi barədə məlumat veriləcək, o cümlədən planetin hər bir sakininə bu resursların qorunmasının vacibliyi təbliğ ediləcəkdir.
22”“28 sentyabr 2008-ci il tarixində “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 km”“lik sahil zolağında- Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran ərazilərində vətəndaşların, yerli icra strukturlarının və təhsil müəssisələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi nəzərdə tutulmuşdur.
"Beynəlxalq Dəniz günü"ndə keçirilməsi nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər dənizin və onun sərvətlərinin mühafizə olunmasında, ekoloji cəhətdən saflığının qorunmasında ictimaiyyətin maarifləndirilməsinə xidmət edir.