Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsi (sentyabr ayının I ongünlüyü üçün)
18 Sentyabr 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabr ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişlər.
Monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunmuşdur.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 6 dəfə, Ağstafaçayda fenollar 3, mis birləşmələri 4 dəfə, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Biogen maddəllərdən nitrat norma daxilində olsa da, ammonium ionları Ağstafaçayda 1,2 dəfə, nitrit ionları isə Kür çayının Şıxlı-2 və Ağstafaçay məntəqələrində 1,2-1,5 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Buna səbəb Gürcüstan və Ermənistan ərzilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəsissələrinin çirkab sularıdır.
Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 6 dəfə, I Şahsevəndə fenollar 3, mis birləşmələri 5 dəfə, Bəhramtəpədə isə fenollar 3, mis birləşmələri 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Biogen maddəllərdən nitrat və ammonium ionları norma daxilində olsa da nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1,1dəfə, Bəhramtəpədə 1,7 dəfə, I Şahsevəndə isə 1,8 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Bunun da səbəbi Ermənistan ərzisindən axıdılan çirkab sulardır.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,3-7,6 mq/l arasında dəyişirək norma daxilində olmuşdur.

İnqredi- yentlər | Ölçü vahidi | YVQH | Su obyektləri | |||||
Kür çayı Şıxlı-2 mən- təqəsi) | Araz çayı | Ağsta- façay | Ağsta- façay su anbarı | |||||
Hora- diz məntə- qəsi | I Şah- sevən məntə- qəsi | Bəhram- təpə məntə- qəsi | ||||||
Həll olmuş O2 | mq/l | 6 | 7,6 | 6,9 | 6,5 | 6,3 | 7,2 | 6,8 |
NH4 | mq/l | 0,39 | 0,115 | 0,16 | 0,15 | 0,14 | 0,45 | 0,25 |
Codluq | mq-ekv/l | 7,0 | 9,54 | 4,41 | 4,32 | 4,26 | 7,68 | 5,96 |
Nitrat NO3- | mq/l | 9 | 0,81 | 2,5 | 2,4 | 2,2 | 0,50 | 0,16 |
Nitrit NO2- | mq/l | 0,02 | 0,023 | 0,022 | 0,036 | 0,33 | 0,03 | 0,015 |
Neft məhsulları | mq/l | 0,05 | 0,02 | 0,04 | 0,03 | 0,03 | 0,01 | 0,05 |
Mis birləşmələri | mq/l | 0,001 | 0,004 | 0,005 | 0,004 | 0,004 | 0,003 | 0,003 |
Fenollar | mq/l | 0,001 | 0,004 | 0,003 | 0,003 | 0,002 | 0,002 | 0,002 |