Ozon qatının dağılmasına qarşı mübarizə bütün dünya ölkələrinin sıx əməkdaşlığından asılıdır
15 Sentyabr 2008, 00:00
Nazik qaz sipəri olan ozon təbəqəsi Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur və beləliklə, planetimizdə həyatı mühafizə edir. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: “Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru!”.
1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini “Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü” elan edib. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilmişdir. “Ozon təbəqəsinin qorunması haqqında” Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulmuşdur.
Atmosferdə ozondağıdıcı maddələrin (ODM) miqdarı insanın təsərrüfat fəaliyyəti nəticəsində getdikcə daha da artır. Ozon qatı günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların yer səthinə çatmasının qarşısını alır.
Ozon qatının dağılmasında “antropogen faktorun” rolu elmi-dairələrdə daha çox təhlükə mənbəyi kimi müzakirə olunur.
Havanın qütblərə doğru aktiv axını ilə əlaqədar ozonun tərkibinin ən böyük qiyməti Kanada, Şimali Avropa və Rusiyanın Arktikaya yaxın hissəsində qeyd olunur. Yay fəslinə qədər orta en dairələr üzərində ozonun konsentrasiyası yüksək səviyyədə qalır. Belə meteoroloji şəraitin və böyuk miqdarda kimyəvi aktiv xlorun olması Antarktika qitəsi üzərindəki ozon qatının dağılmasına səbəb olur.
Ozon təbəqəsinin müşahidəsi ilə ABŞ-ın Milli Aeronavtika və Kosmos Akademiyası (NASA), Ümumdünya Meteorologiya Təşkilatı kimi mötəbər təşkilatlar, həmçinin Kanada, Böyük Britaniya, Yeni Zelandiya və s. kimi ölkələrin çoxsaylı təşkilatları müntəzəm olaraq məşğul olurlar.
Ozon qatının dağılması ekvator zonasında planktonların məhvi nəticəsində okeanın biogenezinin dağılmasına, flora və faunanın məhvinə, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.
Təxminən 1970-ci ildən başlayaraq stratosfer ozonunun miqdarının qlobal azalması müşahidə olunur. Antarktika üzərində ozon təbəqəsində aşağı konsentrasiyalı zonanın ölçüləri son ildə Afrika qitəsinin sahəsinə bərabər olmuşdur.
Ozonun ümumi miqdarının azalması buzlaqların əriməsinə səbəb olur, digər tərəfdən, son yüz ildə Yer kürəsində orta illik temperaturun 0,6 dərəcəyə qədər artması qlobal istiləşmə problemi yaradır. Yer kürəsinə düşən UB şüalanmanın artması nəticəsində buzlaqların ərimə tempi də artır. Nəticədə son yüz ildə okean sularının səviyyəsi 10-15 sm artmışdır.
1982-ci ilin yanvar ayında BMT-nin Ətraf Mühit Proqramı Ozon Qatının Qorunması Haqqında Qlobal Konvensiyanın layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsini çağırdı. 3 illik aktiv danışıqlardan sonra Konvensiya 1985-ci il mart ayında Vyana şəhərində qəbul edildi. Konvensiyanın 21-ci maddəsinə görə, ölkələr insan sağlamlığını ətraf mühitin ozon qatının dağılması ilə əlaqədar təsirlərdən qorumağa dair öhdəliklər götürmüşdür.
1987-ci ilin sentyabr ayında Monreal şəhərində qəbul edilmiş ozon qatını dağıdan maddələr haqqında tarixi Protokola ozon qatını dağıdan maddələrin istehsal və istifadəsinin mərhələlər üzrə azaldılmasının kompleks qrafiki, eləcə də həmin maddələrin istehsal, ixrac və idxalının tənzimlənmə tədbirləri daxildir.
Monreal Protokolu Tərəfləri Protokolun tədbirlərinin gücləndirilməsi və ona yeni maddələrin daxil edilməsi barədə qərar qəbul edərək, müvafiq əlavələr və düzəlişlər (London, 1990, Kopenhagen, 1992 və Monreal, 1997) təsdiq etdilər. Protokolun məqsədlərinə nail olunması mühüm dərəcədə bütün dunya ölkələrinin sıx əməkdaşlığından asılıdır.
Azərbaycan Respublikası ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir və beynəlxalq razılaşma əsasında qəbul etdiyi öhdəlikləri ardıcıl olaraq yerinə yetirməyə çalışır. Keçid dövrünün maliyyə çətinliklərinə baxmayaraq ölkəmiz bir sıra ozondağıdıcı maddələrin istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının qarşısının alınması üzrə Dünya birliyinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir.
Azərbaycan Respublikası müstəqil bir dövlət kimi dünyanın aparıcı dövlətləri sırasına qoşularaq, ümumbəşəri ekoloji problem olan ozon təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyasının (1985), Monreal Protokolunun (1987), London (1990), Kopenhagen (1992) və Monreal (1997) düzəlişlərinin ratifikasiya edilməsi haqqında Qanun qəbul etmişdir. Ratifikasiyadan sonra Birləşmiş Millətlər təşkilatının Ətraf Mühit və İnkişaf Proqramlarının himayəsi ilə “Çinar” soyuducuları, Sumqayıt kompressorlar zavodları və yanğınsöndürmə idarələrində istifadə olunan ODM-in istifadədən çıxarılması, sənayenin müxtəlif sahələri və məişətdə istifadə olunan və ODM olan soyuducu agentlərin bərpa və yenidən istifadəsi, təlimatçı və texniklərin öyrədilməsi, Monreal Protokolunun yerinə yetirilməsi üçün təşkilati strukturların möhkəmləndirilməsi üzrə layihələr həyata keçirilmişdir. Azərbaycan Hökumətinin ozon qatının dağılmasına qarşı mübarizə strategiyası hazırlanmış və görülən işlər qəbul olunmuş strategiya əsasında həyata keçirilir.