Qanunsuz ov edən Suriya Ərəb Respublikasının vətəndaşı deportasiya olunmuşdur
11 Sentyabr 2008, 00:00
2006-cı il 10-11 oktyabr tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qanunsuz ov hallarına qarşı keçirdikləri tədbirlər zamanı Neftçala rayonu Qağalı kəndinin ərazisində qanunsuz ova gəlmiş Suriya Ərəb Respublikasının vətəndaşları Xaled Al Ali Xalili, Aref Kanonç Abduləzizi və milliyətcə ərəb olan Azərbaycan Respublikasının vətəndaşı Abualys Vail Muxiddini və Qızılağac Dövlət Qoruğu ilə həmsərhəd olan ərazidə isə Suriya Ərəb Respublikasının vətəndaşları Ovaid Alfavaz Faraji və Alissa Issa Almohamedi saxlamışlar.
Onlara məxsus “Niva” markalı avtomaşınlara baxış zamanı Şahin quşunun ovlanması üçün istifadə olunan cələ və canlı göyərçinlər aşkar olunmuşdur. Qeyd edilənlərlə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsi üçün Nazirlik tərəfindən Dövlət Sərhəd Xidmətinə məktub göndərilmişdir.
2008-ci il 19 avqust tarixində həmin şəxslərdən biri Suriya Ərəb Respublikasının vətəndaşı Alissa Issa Almohamedin avqustun 18-dən 19-na keçən gecə Azərbaycan Respublikasına gəlməsinin qarşısı Dövlət Sərhəd Xidməti tərəfindən alınmış və deportasiya olunmuşdur.