Xəbərlər

Transsərhəd çaylarda keçirilən monitorinqin nəticəsi (avqust ayının III ongünlüyü üçün)

01 Sentyabr 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişlər.
Monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunmuşdur.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4 dəfə, Ağstafaçayda fenollar və mis birləşmələri 3 dəfə, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Biogen maddələrdən ammonium, nitrat və nitrit ionları norma daxilindədir.
Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4 dəfə, I Şahsevən və Bəhramtəpədə isə fenollar 3, mis birləşmələri 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 4.93-6.64 mq/l arasında dəyişərək norma daxilindədir.





İnqredi-
yentlər
Ölçü vahidi YVQH Su obyektləri
Kür çayı Şıxlı-2 mən-
təqəsi)
Araz çayı Ağsta-
façay
Ağsta-
façay su anbarı
Hora-
diz məntə-
qəsi
I Şah-
sevən məntə-
qəsi
Bəhram-
təpə məntə-
qəsi
Həll olmuş O2 mq/l 6 6,645,11 4,934,975,425,50
NH4 mq/l 0,39 0,0510,14 0,14 0,13 0,40 0,12
Codluq mq-ekv/l 7,0 6,36 4,31 4,28 4,215,30 4,68
Nitrat NO3- mq/l9 0,045 2,40 2,40 2,30 0,521 0,12
Nitrit NO2- mq/l0,02 0,11 0,021 0,035 0,38 0,025 0,014
Neft məhsulları mq/l 0,05 0,050,030,03 0,030,04 0,04
Mis birləşmələri mq/l 0,001 0,0040,004 0,004 0,003 0,0030,003
Fenollar mq/l 0,0010,003 0,0030,003 0,0030,003 0,004