Saatlı rayonunun Əlisoltanlı kəndində yeni quraşdırılmış modul tipli su təmizləyici qurğunun açılış mərasimi keçirilmişdir
26 Avqust 2008, 00:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006”“cı ilin 28 sentyabr tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006”“2010”“cu illər üzrə Kompleks Tədbirlər Planı”nın həyata keçirilməsi və ətraf mühitin sağlamlaşdırılması istiqamətində məqsədyönlü iş aparılır.
Kompleks Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007”“ci il 20 iyun tarixində təsdiq olunmuş "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
Qeyd olunan Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli su təmizləyici qurğuların quraşdırılması hesabına 163 min kənd əhalisinə verilən suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulur.
Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində artıq 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi içməli su ilə təmin olunmuşdur.
Hazırda daha 12 rayonun 50 yaşayış məntəqəsinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
26 avqust 2008-ci il tarixində Saatlı rayonunun Əlisoltanlı kəndində müasir texnologiya əsasında İtaliya, ABŞ, Almaniya və Belçika istehsalı olan avadanlıqlarla təchiz olunmuş su təmizləyici qurğunun açılış mərasimi keçirilmişdir.
Gün ərzində 30 m3 su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində kəndin 1560 nəfər əhalisi 9 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcəkdir.
Fotolar