Atmosfer havasının gözlənilən çirklənmə səviyyəsi
20 Avqust 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin verdiyi məlumata görə, avqust ayının 19-u gecə saatlarından başlayaraq 22-si səhər saatlarınadək Respublikanın sənaye şəhərlərinin atmosfer havasında zəif çirklənmə səviyyəsi, Bakı və Sumqayıt şəhərlərində orta çirklənmə səviyyəsi, meteoroloji şəraitlə (temperaturun yüksəlməsi, nisbi rütubətin artması, küləksiz) əlaqədar isə Bakı və Sumqayıt şəhərlərinin hava hövzəsində dəm qazı, azot-4 oksid, hidrogen flüorid və xlorun intensiv toplanması gözlənilir.
Bu günlərdə uşaqların açıq havaya çıxarılması tövsiyə olunmur.
Bu günlərdə uşaqların açıq havaya çıxarılması tövsiyə olunmur.