Xəbərlər

Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyəti (avqust ayının I ongünlüyü üçün)

19 Avqust 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) keçməsi müşahidə olunmuşdur. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 1, mis birləşmələri 2 dəfə, Ağstafaçayda fenollar 3, mis birləşmələri 5 dəfə, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Biogen maddəllərdən ammonium, nitrat və nitrit ionları norma daxilindədir.
Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar və mis birləşmələri 3 dəfə, Bəhramtəpədə fenollar və mis birləşmələri 2 dəfə, I Şahsevən məntəqəsində isə fenollar və mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.12-5.95 mq/l arasında dəyişirək norma daxilindədir.



İnqredi-
yentlər
Ölçü vahidi YVQH Su obyektləri
Kür çayı Şıxlı-2 mən-
təqəsi)
Araz çayı Ağsta-
façay
Ağsta-
façay su anbarı
Hora-
diz məntə-
qəsi
I Şah-
sevən məntə-
qəsi
Bəhram-
təpə məntə-
qəsi
Həll olmuş O2 mq/l 6 5,955,21 5,145,125,955,29
NH4 mq/l 0,39 0,045 0,14 0,13 0,13 0,41 0,153
Codluq mq-ekv/l 7,0 8,15 4,26 4,18 4,16 3,90 2,62
Nitrat NO3- mq/l40 1,10 2,4 2,2 2,2 0,443 0,101
Nitrit NO2- mq/l0,02 0,003 0,016 0,034 0,036 0,03 0,01
Neft məhsulları mq/l 0,05 0,050,040,040,030,02 0,03
Mis birləşmələri mq/l 0,0010,0060,006 0,005 0,004 0,0040,003
Fenollar mq/l 0,0010,0040,0040,003 0,0030,003 0,003