Xəbərlər

Avqustun 18-dən 22-dək ölkə ərazisində anomal isti hava şəraiti gözlənilir

18 Avqust 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə avqustun 18-dən 22-dək ölkə ərazisində anomal isti hava şəraiti gözlənilir. Göstərilən müddət ərzində temperaturun yüksəlməsi, maksimal temperaturun Bakı və Abşeron yarımadasında 37-40, bəzi ərazilərdə 42, Aran rayonlarında və Naxçıvan MR-da isə 38-40 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır.
Bakı və Abşeron yarımadasında zəif cənub küləyinin üstünlüyü, eyni zamanda, bəzi saatlarda yüksək temperatur fonunda nisbi rütubətliliyin normadan bir qədər yüksək olması əksər meteohəssas insanlar üçün əlverişsizdir.