Nazirliyin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi reyd və yoxlamaları davam etdirir
14 Avqust 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) “Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək 2008-ci ilin 7 ayı ərzində 51 akt və 31 protokol tərtib etmişdir.
Atmosfer havasının mühafizəsi sahəsində 10 akt, 4 məcburi göstəriş verilmiş, o cümlədən, müəssisə və təşkilatlara 3884,5 manat məbləğində məcburi ödəmə hesablanmış və ondan 3854,5 manat ödənilmişdir.
Su mühafizəsi sahəsində 8 akt tərtib edilmiş, 4 məcburi göstəriş verilmişdir. Müəssisə və təşkilatlara 3948,4 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 20 akt və 8 protokol tərtib edilmiş, 17 məcburi göstəriş verilmişdir. 8 təşkilat 43780 manat məbləğində cərimə edilmiş, 3 təşkilata 125836,6 manat məbləğində iddia qaldırılmış, o cümlədən, 1 müəssisə tərəfindən keçən ildən qalan 420 manat iddia ödənilmişdir. 7 iş isə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 1 təşkilat 16500 manat məbləğində cərimə edilmiş, 17 müəssisəyə qarşı 1230 manat məbləğində ödəmə hesablanmış və ödənilmişdir. 1 iş tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir.
Floranın mühafizəsi sahəsində 13 akt və 17 protokol tərtib edilmiş, 17 nəfər 11119,5 manat məbləğində cərimə olunmuş, 12 nəfərə qarşı 1909,4 manat məbləğində iddia qaldırılmışdır. 8 nəfər tərəfindən 494,4 manat məbləğində iddia, digər 8 nəfər tərəfindən isə keçən ilin qalıqları ilə birlikdə 1212,9 manat cərimə ödənilmişdir. 8 iş tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir.
Faunanın mühafizəsi sahəsində 6 protokol tərtib edilmiş, 6 nəfər 6633 manat məbləğində cərimə olunmuş, 6 iş isə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir.