Reydlər zamanı qanun pozuntuları aşkar olunub
12 Avqust 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt şəhərindəki 4 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları iyul ayı ərzində xidməti ərazidə ətraf mühitin mühafizəsinə nəzarət məqsədilə keçirdikləri reydlər zamanı bir sıra qanun pozuntuları aşkar etmişlər. Reydlər zamanı Sumqayıt şəhəri “Rəndə-1” MTK-nın ərazisində ağac kəsilməsi, 25-ci məhəllədə spirtsiz içkilər istehsal edən sexin ekoloji ekspertiza rəyinin olmaması faktları aşkar olunmuşdur.
Abşeron və Sumqayıt inzibati rayonları ərazisində fəaliyyət göstərən avtomobillərə texniki xidmət məntəqələrində şöbə əməkdaşlarının apardığı araşdırmalar zamanı ekoloji təhlükəsizlik tələblərinə riayət olunmaması, tullantıların idarə olunmaması faktları sənədləşdirilmiş və bununla bağlı 5 fiziki şəxs 1375 manat məbləğində cərimələnmiş, onlara icra üçün konkret tələblərdən ibarət “məcburi göstərişlər” verilmişdir.
Sumqayıt şəhər 9 saylı orta məktəbin tədris korpusu tikilən ərazidə yaşıllığın qırılması faktı qeydə alınmış və müvafiq müşahidə aktı tərtib edilmişdir. “Diana” istirahət mərkəzində isə heyvanat aləminin mühafizəsi üzrə monitorinq keçirilərək 1müşahidə aktı tərtib olunmuşdur.
Aparılan araşdırma zamanı Sumqayıt şəhəri H.Əliyev prospekti 19-cu məhəllə ərazisində yaş köküstə ağacların kəsilməsi faktı aşkar olunmuş və cavabdeh şəxs 687 manat 50 qəpik məbləğində cərimələnmişdir.
Şöbə əməkdaşları tərəfindən İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə Sumqayıt şəhərində “Alovmetal- 1” birgə müəssisəsi, “Qranit”“B” firması, Abşeron rayonu, “Sarıcan Co” LTD, “Mahmud” KFT, “Elmin- M” MMC, “Mineral” MMC, “Azeno Co” MMC, “Binəqədidəmirbeton” ATSC, “İCN Kompaniya” müəssisələrində araşdırma aparılmış və aşkar olunan ekoloji qanunvericilik pozuntusu faktları ilə əlaqədar 6 cavabdeh şəxs 30525 manat məbləğində inzibati qaydada cərimələnmişdir. Müəssisə rəhbərlərinə icra üçün konkret tələblərdən ibarət “məcburi göstərişlər” verilmişdir.
Sumqayıt inzibati rayonunun bağlar massivində “Qurd dərəsi” adlanan sahədə qanunsuz qum daşınması faktı aşkar olunmuş və faktla bağlı toplanmış materiallar tədbir görülmək üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.03.1992 ”“ ci il tarixli 122 saylı qərarına əsasən, iyul ayı ərzində şöbə tərəfindən ətraf mühitin çirkləndirilməsi müqabilində müəssisə və təşkilatlara, ayrı-ayrı fiziki şəxslərə 9295 manat məbləğində 10 normativ ödəmə, o cümlədən, 155287 manat 90 qəpik məbləğində çoxqatlı ödəmə (iddia) tətbiq edilərək ödənilməsi üçün aidiyyəti ünvanlara göndərilmişdir.
İyul ayı ərzində aparılan nəzarət və araşdırmalar zamanı 24 akt və 12 protokol tərtib olunmuş, ətraf mühitə vurulan ziyan müqabilində 155862 manat 94 qəpik məbləğində 9 iddia, 9295 manat 10 qəpik məbləğində ödəmə tətbiq edilmiş, 13 cavabdeh şəxs 31047 manat 50 qəpik məbləğində inzibati qaydada cərimələnmiş, icra üçün konkret tələblərdən ibarət 14 “məcburi göstəriş” verilmiş, 2 iş isə baxılmaq üçün hüquq”“mühafizə orqanlarına göndərilmişdir.
Ay ərzində 47418 manat 10 qəpik vəsaitin “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”na ödənilməsi təmin olunmuşdur.