Odla ehtiyatsızlıq üzündən yanğın hadisəsi baş verib
08 Avqust 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə fonduna və meşə fonduna daxil olmayan təbiət ərazilərində baş verə biləcək yanğın təhlükəsi ilə əlaqədar olaraq əhali dəfələrlə odla ehtiyatlı olmaları barədə xəbərdar edilmişdir. Lakin buna baxmayaraq, bir sıra ərazilərin cavabdeh şəxslərinin məsuliyyətsizliyi üzündən tarlaların və bələdiyyə mülkiyyətinə aid olan torpaqların mütəmadi olaraq yandırılmasına yol verilir.
07 avqust 2008-cı il tarixində saat 17:00 radələrində Lənkəran rayonunun Tükəvilə bələdiyyəsi ərazisində yanğın baş vermişdir. Hadisəyə səbəb vətəndaşların odla ehtiyatsızlığı olmuşdur.
Yanğın Lənkəran Yanğından Mühafizə Xidməti əməkdaşlarının, meşə mühafizə xidməti işçilərinin və yerli əhalinin səyləri nəticəsində söndürülmüşdür. Hadisə nəticəsində vətəndaşların pay torpaqlarına və bələdiyyə mülkiyyətinə məxsus 2 hektar ərazidə quru ot örtüyü və kolluqlara ziyan dəymişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalinin nəzərinə çatdırır ki, kövşənlərin, tarlalardakı alaq otlarının və digər kənd təsərrüfatı ərazisindəki kolluqların yandırılma yolu ilə təmizlənməsi gələcəkdə ciddi ekoloji fəlakətlərə səbəb olmaqla yanaşı, meşələrimizə də ciddi ziyan vura bilər.
Eyni zamanda, ETSN yay mövsümündə turistlərin meşə ərazilərinə axınının artması ilə əlaqədar əhalini odla ehtiyatlı davranmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.