Qeyri-sabit hava şəraiti gözlənilir
07 Avqust 2008, 00:00
Faktiki hava
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, əvvəlcədən xəbər verildiyi kimi, avqust ayının 6-da havanın temperaturu iqlim normasına yaxın olmuş, aran rayonlarında 34-38, dağlıq rayonlarda 20-23, Abşeron yarımadasında isə 30-32 dərəcə isti müşahidə edilmişdir.
Avqustun 6-dan 7-nə keçən gecə Daşkəsən, Quba, Kürdəmir və Biləsuvarda 0.1 mm-dək qısamüddətli az yağış yağmışdır.
Proqnoz
Avqustun 7-si axşamdan başlayaraq avqustun 10-u gündüz saatlarınadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən 3-5 dərəcə aşağı enəcəyi gözlənilir. Bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı, əsasən, gecə və axşam saatlarında lokal leysan xarakterli olacağı ehtimalı var.
Şimal-qərb küləyinin 15-20 m/s, avqustun 8-də isə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında havanın nisbətən sərinləşməsinə baxmayaraq, atmosfer təzyiqinin xeyli tərəddüdü, avqustun 8-də başlayan güclü küləyin 9-u gündüz saatlarından etibarən mülayimləşməsi, havada rütubətliliyin normadan çox olması gözlənilir. Bu cür qeyri-sabit meteoroloji şərait meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.