Erməni işğalçıları Ağstafa rayonunun Köhnə Qışlaq kəndi ilə həmsərhəd olan təmas xəttində yanğın törətmişlər
04 Avqust 2008, 00:00
03 avqust 2008-ci il tarixdə günün 2-ci yarısında erməni işğalçıları son günlər havaların isti və küləkli keçməsindən istifadə edərək Ağstafa rayonunun Köhnə Qışlaq kəndi ilə həmsərhəd olan təmas xəttində yanğın törətmişlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən verilən ilkin məlumata əsasən yanğın nəticəsində 20 hektardan çox ərazi yanaraq məhv olmuşdur.
Ətraf mühitə dəyən ziyanı müəyyənləşdirmək məqsədilə Nazirliyin yerli qurumlarının mütəxəssislərindən ibarət komissiya yaradılmışdır.
İlkin hesablamalara görə yanğın zamanı ərazinin bitki örtüyünə və torpağa ciddi ziyan dəydiyi müəyyən edilmişdir.