Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2008-ci ilin 6 ayı ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 1877 akt və protokol tərtib edib

01 Avqust 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2008-ci ilin ötən 6 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1877 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 410 icrası məcburi olan göstərişlər verilmişdir. 59 iş üzrə sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına, 277 iş Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına, 18 iş İqtisad Məhkəmələrinə, 97 iş isə Rayon Məhkəmələrinə göndərilmişdir.
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 526 iş üzrə 1184444,48 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 16669,15 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 591 iş üzrə 1191337,8 manat məbləğində iddia qaldırılmış, ondan 60635,88 manatın ödənilməsi təmin edilmişdir. 1411 iş üzrə 222541,92 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 123241,48 manatın ödənilməsi təmin olunmuşdur.
Su ehtiyatlarından səmərəli istifadə olunması və mühafizəsi sahəsində dövlət nəzarətinin tətbiqi nəticəsində 89 akt və protokol tərtib olunmuş, idarə və müəssisələrə 72 icrası məcburi olan göstəriş verilmişdir. Su ehtiyatlarının mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 28 iş üzrə 137272,5 manat cərimə tətbiq edilmiş, əvvəlki ildən qalan borc da daxil olmaqla 26064 manat ödənilmiş, 6 iş üzrə 20111,5 manat məbləğində iddia qaldırılmış, əvvəlki ildən qalan borc da daxil olmaqla 1304,6 manat ödənilmişdir. 251 iş üzrə 77410,06 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 45535,75 manatın ödənilməsi təmin edilmişdir.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 260 akt və protokol tərtib olunmuşdur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 122 icrası məcburi olan göstəriş verilmişdir. Atmosfer havasının mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 29 iş üzrə 80990 manat məbləğində cərimə tətbiq edilmiş, bu məbləğdən 22752 manat ödənilmişdir. 30 iş üzrə 21045,1 manat məbləğində iddia qaldırılmış və bu məbləğin 1251,4 manatın ödənişi həyata keçirilmişdir. 733 iş üzrə 81651,29 manat ödəmə verilmiş və bu məbləğin 39891,82 manatının ödənilməsi təmin olunmuşdur.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 124 akt və protokol tərtib olunmuşdur. Çatışmazlıqların aradan qaldırılması üçün 5 məcburi göstəriş verilmişdir. 14 iş üzrə 26574 manat cərimə tətbiq edilmiş və əvvəlki ildən qalan borc da daxil olmaqla 119 manat ödənilmiş, 20 iş üzrə 86653,24 manat məbləğində iddia qaldırılmış və bu məbləğin 2730,63 manatı ödənilmişdir. 90 iş üzrə 4381 manat məbləğində ödəmə verilmiş və bundan 4861 manatı ödənilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 311 akt və protokol tərtib olunmuş, aşkar olunmuş nöqsanlara görə 38 icrası məcburi olan göstəriş verilmişdir. 179 iş üzrə 257322,5 manat cərimə tətbiq edilmiş, ondan 43109 manatın ödənilməsi təmin edilmişdir. 177 iş üzrə 980890,35 manat iddia qaldırılmış, ondan 16279,7 manat ödənilmişdir. 113 iş üzrə 39859,43 manat məbləğində ödəmə verilmiş, ondan 5312 manat ödənilmişdir.
Tullantıların idarə olunması sahəsində dövlət nəzarətinin mövcud qanunvericiliyə uyğun tətbiqi nəticəsində 394 akt və protokol tərtib olunmuş, idarə və müəssisələrə 126 icrası məcburi göstəriş verilmişdir. Aşkar olunmuş qanun pozuntularına görə 132 iş üzrə 413792,5 manat cərimə tətbiq edilmiş, ondan 41170,5 manat ödənilmişdir. 16 iş üzrə 1117,6 manat iddia qaldırılmış, ondan 15175 manat ödənilmişdir. 224 iş üzrə 19240,14 manat məbləğində ödəmə verilmiş, ondan 27640,91 manat ödənilmişdir.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 611 akt və protokol tərtib olunmuş, idarə və müəssisələrə 47 icrası məcburi olan göstəriş verilmişdir. Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 103 iş üzrə 235130,48 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 27108,9 manat ödənilmişdir. Bu sahə üzrə 271 iş üzrə 52357,01 manat məbləğində iddia qaldırılmış, ondan 19563,55 manat ödənilmişdir.
Faunanın mühafizəsi sahəsində dövlət nəzarətinin mövcud qanunvericiliyinin tətbiqi nəticəsində 53 akt və protokol tərtib olunmuşdur. Bu sahədə aşkar olunmuş qanun pozuntularına görə 35 iş üzrə 33121 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 4837,25 manat ödənilmiş, 7 iş üzrə 2123 manat məbləğində iddia qaldırılmışdır.
Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 35 akt və protokol tərtib olunmuş, 6 iş üzrə 241,5 manat məbləğində cərimə tətbiq edilmiş, bu məbləğin 1535,5 manatı ödənilmişdir. 64 iş üzrə 27040 manat məbləğində iddia qaldırılmış, ondan 4331 manatı ödənilmişdir.