Anomal isti hava şəraiti gözlənilir
22 İyul 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə iyulun 24-dən 28-dək ölkə ərazisində anomal isti hava şəraiti gözlənilir. Göstərilən müddət ərzində temperaturların gün-gündən yüksəlməsi, maksimal temperaturun Bakı və Abşeronda 37-39 dərəcə, bəzi ərazilərdə 40 dərəcə, Aran rayonlarında və Naxçıvan MR-da isə 38-42 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır.
Bakı və Abşeron yarımadasında zəif cənub, cənub-şərq küləyinin üstünlüyü, eyni zamanda bəzi saatlarda yüksək temperatur fonunda nisbi rütubətliliyin də normadan bir qədər yüksək olacağı əksər meteohəssas insanlar üçün əlverişsizdir.