Ekoloji mövzuda yazan jurnalistlər mükafatlandırıldı
18 İyul 2008, 00:00
2008”“ci il 18 iyul tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Beynəlxalq Ətraf mühit” günü ilə əlaqədar KİV nümayəndələri arasında keçirilən “Ekoloji mövzuda yazılmış ən yaxşı məqalələr və televerilişlər” üzrə 2008”“ci il müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2006”“cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı”na uyğun olaraq ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi işinə xüsusi diqqət ayrıldığından Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahə üzrə müvafiq tədbirlər həyata keçirir. İctimaiyyətlə, media mənsubları ilə sıx əməkdaşlığa üstünlük verən Nazirlik əhalinin ekoloji maarifləndirilməsi sahəsində jurnalistlərin rolunu və zəhmətini həmişə yüksək qiymətləndirir.
Nazirlikdə təşkil olunan tədbirin əsas məqsədi isə məhz ekologiya sahəsini işıqlandıran jurnalistlərin ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması, təbiətdən davamlı istifadənin təmin olunması, təbliğ edilməsi, əhalinin məlumatlandırılması istiqamətində fəaliyyətlərini dəyərləndirməkdən ibarətdir.
Beləliklə, müsabiqəyə təqdim edilmiş 200”“ə qədər məqalə və telesüjetlər arasında aparılan seçim nəticəsində ən yaxşı telesüjetə görə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Xəbərlər” İnformasiya proqramının müxbiri Tural Məmmədov 300 manat məbləğində 2-ci mükafata, “Lider Media Holdinq” MMC-nin “Səda” İnformasiya proqramının müxbiri Elnur Niftəliyev isə 200 manat məbləğində 3”“cü mükafata layiq görüldü. Kütləvi informasiya vasitələrində dərc olunan məqalələrə görə “Olaylar” qəzetinin müxbiri Elnarə Kərimova 500 manat məbləğində 1”“ci mükafatın, “Day.az” İnformasiya Agentliyinin müxbiri Emil Quliyev 300 manat məbləğində 2”“ci mükafatın, "Üç nöqtə" qəzetinin müxbiri Pünhan Əfəndiyev isə 200 manat məbləğində 3”“cü mükafatın qalibi seçildi.
Eyni zamanda, gələcəkdə aktual ekoloji problemlərin araşdırılması, ictimaiyyətin ekoloji maarifləndirilməsi sahəsində fəaliyyətlərinin aktivləşdirilməsi məqsədilə müsabiqə iştirakçılarından daha 13 nəfərə həvəsləndirici mükafatlar təqdim olundu.
Tədbirdən fotolar.