Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyəti
15 İyul 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir. Monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunmuşdur.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 6 dəfə, Ağstafaçayda fenollar 4, mis birləşmələri 6 dəfə, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 5 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Biogen maddəllərdən ammonium, nitrat və nitrit ionları norma daxilindədir.
Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunmuşdur. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 6, mis birləşmələri 10 dəfə, Bəhramtəpə və I Şahsevən məntəqələrində fenollar 5, mis birləşmələri isə 5-7 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.86-8.81 mq/l arasında dəyişirək norma daxilindədir.

İnqredi- yentlər | Ölçü vahidi | YVQH | Su obyektləri | |||||
Kür çayı Şıxlı-2 mən- təqəsi) | Araz çayı | Ağsta- façay | Ağsta- façay su anbarı | |||||
Hora- diz məntə- qəsi | I Şah- sevən məntə- qəsi | Bəhram- təpə məntə- qəsi | ||||||
Həll olmuş O2 | mq/l | 6 | 8,53 | 5,96 | 5,86 | 5,99 | 8,81 | 8,27 |
NH4 | mq/l | 0,39 | 0,215 | 0,15 | 0,15 | 0,14 | 0,102 | 0,097 |
Codluq | mq-ekv/l | 7,0 | 6,28 | 4,31 | 4,23 | 4,36 | 3,35 | 3,26 |
Nitrat NO3- | mq/l | 40 | 8,4 | 2,3 | 2,2 | 2,1 | 4,4 | 3,7 |
Nitrit NO2- | mq/l | 0,08 | 0,035 | 0,014 | 0,032 | 0,040 | 0,018 | 0,015 |
Neft məhsulları | mq/l | 0,05 | 0,03 | 0,04 | 0,03 | 0,03 | 0,01 | 0,02 |
Mis birləşmələri | mq/l | 0,001 | 0,006 | 0,010 | 0,007 | 0,005 | 0,006 | 0,005 |
Fenollar | mq/l | 0,001 | 0,001 | 0,003 | 0,003 | 0,002 | 0,004 | 0,003 |