Respublikanın çaylarında və tranzit çaylarda mövcud vəziyyət
10 İyul 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə iyulun 7-dən 9-u səhərədək fasilələrlə yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Böyük Qafqazın Balakən-Şəki, Quba-Qusar-Xaçmaz, Kiçik Qafqazın Daşkəsən-Göygöl bölgələrinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçmişdir.
Hazırda ən yüksək sululuq Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 190-695 %, Qazax-Gəncə bölgəsi çaylarında ongünlük normanın 135-215 %, Balakən-Şəki bölgəsi çaylarında isə ongünlük normanın 100-195 %-ni təşkil edir. Digər çaylarda isə normadan aşağı sululuq müşahidə edilir. Belə ki, Naxçıvan MR-sı və Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 35-95 %-ni təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Hal hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım ongünlük normanın 60 %-i olmaqla 178 m3/san təşkil edir. (2007-ci ildə isə axım ongünlük normanın 97 %-i olmaqla 289 m3/san təşkil edirdi).
Qanıx çayından Mingəçevir su anbarına axım isə ongünlük normanın 134 %-i olmaqla 196 m3/san təşkil edir. (2007-ci ildə isə axım ongünlük normanın 77 %-i olmaqla 112 m3/san təşkil edirdi).
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlər yağan yağışlar nəticəsində Mingəçevir su anbarından aşağıda Kür çayına tökülən çaylarda sululuğun kəskin artması ilə əlaqədar Kür çayının aşağı axınında səviyyələrin artımı müşahidə olunmaqdadır. Belə ki, son beş gün ərzində Kür çayının Surra məntəqəsində, eləcə də Şirvanda suyun səviyyəsində 20 sm, Salyanda 30 sm, Bankədə isə 10 sm artım müşahidə olunmuşdur. Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 365 sm (2007-ci ildə 437 sm), Şirvanda 289 sm (2007-ci ildə 335 sm), Bankədə 281 sm (2007-ci ildə 314 sm), Araz-Novruzluda 85 sm (2007-ci ildə 180 sm) təşkil edir.