Xəbərlər

Transsərhəd çaylarda aparılan monitorinqin nəticələri (iyun ayının III ongünlüyü üçün)

04 İyul 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti mütəmadi olaraq Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə hər ay 3 dəfə olmaqla monitorinqlər həyata keçirir. Departamentin əməkdaşları qonşu ölkələrin ərazisində yüksək çirklənməyə məruz qalmış Kür və Araz çayları, həmçinin onların transsərhəd qollarında iyun ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişlər. Monitorinqin nəticələri aşağıdakı cədvəldə öz əksini tapmışdır.




İnqredi-
yentlər
Ölçü vahidi YVQH Su obyektləri
Kür çayı Şıxlı-2 mən-
təqəsi)
Araz çayı Ağsta-
façay
Ağsta-
façay su anbarı
Hora-
diz məntə-
qəsi
I Şah-
sevən məntə-
qəsi
Bəhram-
təpə məntə-
qəsi
Həll olmuş O2 mq/l 6 6,41 5,36 5,52 5,48 5,83 5,5
NH4 mq/l 0,39 0,048 0,15 0,15 0,14 0,034 0,074
Codluq mq-ekv/l 7,0 3,82 4,35 4,28 4,32 4,36 3,91
Nitrat NO3- mq/l 40 0,57 2,4 2,4 2,3 0,47 0,28
Nitrit NO2- mq/l 0,08 0,012 0,015 0,031 0,042 0,008 0,011
Neft məhsulları mq/l 0,05 0,07 0,05 0,05 0,05 0,05 0,06
Mis birləşmələri mq/l 0,001 0,008 0,006 0,005 0,005 0,006 0,004
Fenollar mq/l 0,001 0,006 0,003 0,003 0,002 0,004 0,003

Cədvəldən göründüyü kimi, Kür çayının Gürcüstanla həmsərhəd Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 6, mis birləşmələri 8, neft və neft məhsulları 1,4 dəfə, Ağstafaçayda fenollar 4, mis birləşmələri 6 dəfə, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4, neft və neft məhsulları 1,2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Ermənistan respublikası ilə sərhəd zonasında olan Araz çayında mis birləşmələri və fenolların miqdarının yol verilən qatılıq həddindən 2-3 dəfə çox olduğu müəyyən edilmişdir.