Qlobal Ekologiya Fondunun İcraçı direktoru xanım Monik Barbü Bakıda səfərdə olmuşdur
01 İyul 2008, 00:00
Qlobal Ekologiya Fondunun İcraçı direktoru xanım Monik Barbü Bakıda səfərdə olmuşdur.
2008-ci il iyunun 30-da qonağı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul etmişdir.
Həmin gün xanım Monik Barbü, həmçinin, Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırovla görüşmüşdür.
Görüşdə Nazir H.Bağırov ölkəmizdə ekologiya sahəsində görülmüş işlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətraf mühitin mühafizəsi sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində hazırda bu sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat vermiş, ekologiya ilə bağlı məsələlərin kompleks şəkildə həlli istiqamətində gələcəkdə geniş planların həyata keciriləcəyini qonağın diqqətinə çatdırmışdır. Eyni zamanda, danışıqlar əsnasında Azərbaycanda Qlobal Ekologiya Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihələr və QEF-lə gələcək əməkdaşlığın daha da möhkəmlənməsi məsələləri müzakirə olunmuşdur.
2008-ci il iyulun 1-də (səfərinin ikinci günü) Qlobal Ekologiya Fondunun İcraçı direktoru xanım Monik Barbü Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırovla birlikdə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad etmişlər.
Səfər proqramı çərçivəsində qonaq Azərbaycanın flora və faunası ilə tanış olmaq məqsədilə Şirvan Milli Parkında olmuşdur.